Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:27

►Sevgilisini öldürənə 20 il həbs cəzası verildi

"Səninki nə də olsa, sağdı, heç olmasa, bayramlarda görəcəksən. Amma mənimki..."

Uzun müddət mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan qətl hadisəsi üzrə məhkəmə prosesi başa çatdı. Söhbət 17 yaşlı Aytac Babayevanın qətlindən gedir.

Noyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Tamilla Nəsrullayevanın sədrlik etdiyi hakimlər heyəti Aytac Babayevanı qətlə yetirməkdə ittiham olunan 1995-ci il təvəllüdlü İzzət Hüseynov barəsində hökmü elan etdi.

Hökmə əsasən, o, sevgilisini qətlə yetirməkdə təqsirli bilinərək, 20 il müddətinə azadlıqdan məhrum edildi.

Buna da bax: Daha bir ölkədə qanlı terror- [Video, Fotolar]

“SEVMƏK GÜNAH DEYİLDİ”

Hökm elan olunmamışdan əvvəl məhkəmə iclasında bir sıra hadisələr yaşandı.

Ötən məhkəmə iclasında prokuror çıxış edərək, İzzət Hüseynova 20 il həbs cəzası verilməsini istəmişdi. Ona görə də noyabrın 20-dəki məhkəmə iclasında prosesin yekunlaşacağı və hökm elan olunacağı gözlənilirdi.

Aytac Babayevanın anası Gözəl Babayeva məhkəməyə əlində qızının şəkli ilə gəlmişdi. Gözəl Babayeva həmin vaxt məhkəmə zalında olan İzzətin anasının yanına gedərək dedi:

"Səninki nə də olsa, sağdı, heç olmasa, bayramlarda görəcəksən. Amma mənimki qəbirdədi. Mən bayramda kimə hədiyyə alacam? Kimi öpüb bayramlaşacam? Mənim gələcəyin həkimi olacaq qızımı öldürdü. Sevmək günah deyildi, amma öldürmək..."

Məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi Xədicə Şirinova çıxış edərək, təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsini istədi.

Buna da bax: Ermənistan rayonları qaytarır?

“ƏZAB İÇİNDƏ YAŞAYIRAM”

Hər gün onu düşünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram.

Vəkili İzzət Hüseynovun ilk dəfə cinayət törətməsi, əməlini səmimi etiraf etməsi, gənc olması kimi məqamların nəzərə alınaraq, ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi.

İzzət Hüseynovun özünün də məhkəmədə son sözü qısa oldu. O, əməlindən peşman olduğunu bildirdi:

"Hər gün onu düşünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram".

Son sözdən sonra müşavirəyə gedən hakimlər qısa müddətdən sonra qayıdaraq hökmü elan etdilər. İzzət Hüseynovun 20 il azadlıqdan məhrum edilməsinə dair hökm elan olunandan sonra zərərçəkmiş tərəf hakimə təşəkkür etdi.

İzzət Hüseynovun anası isə 20 yaşlı oğlunun 20 il həbsdə qalacağını öyrəndikdən sonra ah-naləsi məhkəmə zalını bürüdü...

Buna da bax: Fəhlələr “Akkord”dan pullarını belə aldılar

“ÖZÜMÜ DƏ ÖLDÜRƏCƏKDİM”

Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim.

Xatırladaq ki, sözügedən qətl hadisəsi bu ilin fevralında Bəhruz Nuriyev küçəsi 81 ünvanında baş verib. Gürcüstan vətəndaşı olan 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.

İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

"Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən öləydim...", - deyə İzzət Hüseynov ifadəsində bildirmişdi.

HƏMÇİNİN BAX:

Azadliq A- Live programı Azərbaycanda və dünyada baş verənlər haqda

Günün bütün mövzuları

XS
SM
MD
LG