CNN Türk "Anadolu" agentliyinə istinadla partlayış nəticəsində 1 polis və 1 bələdiyyə işçisinin öldüyünü xəbər verir. Mənbənin məlumatına görə , 7 nəfər xəsarət alıb, onlardan 3-ü polisdir.
Bundan əvvəl xəsarət alanların 10 nəfər olduğu bildirilirdi.
***
Anadolu agentliyinin məlumatına görə, polis hücum edənlərdən ikisini güllələyib, 3-cü şübhəlinin isə axtarışı gedir.
Reuters agentliyi həkimlərə istinadla azı 10 nəfərin yaralandığını xəbər verir.
***
Türkiyənin İzmir şəhərində partlayış olub.
CNN Tük İzmir Bayraklıdakı bələdiyyə binasının girişində azı 1 maşının partladıldığını xəbər verir.
Hadisə yerinə təcili yardım maşınları göndərilib.
Mənbənin məlumatına görə partlayış nəticəsində azı 3 nəfər yaralanıb.
Partlayış bələdiyyə binasının C girişinin qarşısında törədilib.
DHA agentliyi isə ölənlərin çox olduğunu xəbər verir.
Hələlik itki barədə məlumat verilmir.