Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:10

Azərbaycanın 'ikinci Axundov'u var- ANONS


 Süleyman Sani Axundov
Süleyman Sani Axundov

AzadlıqRadiosu “Klassiklərimizi tanıyaq və tanıtdıraq” silsiləsindən doğuluşunun 141-ci ildönümündə bir daha “Qaraca qız”, “Qorxulu nağıllar” müəllifinin izinə düşür

1875-ci ilin oktyabrında Şuşada doğuldu.

Elə körpəlikdəncə yetim qaldı…

Amma xoşbəxtlikdən yanında onu sevən anası, bir də gələcəkdə Azərbaycanın ən böyük maarifçilərindən sayılacaq dayısı vardı…

Qori Müəllimlər Seminariyasını bitirib orda müəllim saxlanan dayı - SəfərəlibəyVəlibəyov, bacısına kömək üçün onun iki uşağını da Qoriyə aparıb, seminariyaya qoydu.

Beləcə, gələcəyin böyük yazıçısı Qoridə təhsil almağa başladı.

- Süleymanın təhsil illəri necə keçdi?

- O, nədən “Sani” təxəllüsünü seçdi?

- Qori seminariyasındakı xasiyyətnaməsi Süleymanı necə tanıdırdı?

- Az qala, əfsanəyə çevrilmiş intihar olayı necə baş verdi?

- Ona hansı ad - “böyük müəllim”, yoxsa “böyük yazıçı” adı daha çox yaraşır?

- Sarsıdıcı dəyişikliklərlə dolu dövrdə -X1X əsrin sonu, XX əsrin əvvəllərində 2-ci Axundov necə yaşadı?

- Uşağlığımızın sevimli nağılları -“Qorxulu nağıllar”, “Qaraca qız” necə yazıldı?

--Və nəhayət, 20-ci illərin bolşevik qırğınları, 30-cu illərin, ilk növbədə, ziyalıları əzib-məhv edən repressiyaları nə əcəb ondan yan keçdi?

Bu sualların cavabı oktyabrın 30-da saat 23-də AzadlıqRadiosunun Süleyman Sani Axundova həsr olunmuş “İkinci Axundov” radiodastanında.

Verilişin bələdçiləri ədəbiyyatşünas alimlər Nəzakət QafqazlıAlxan Bayramoğlu-dur.

Klassiklərimizi daha yaxından tanıyaq.

Bu “İz”i itirməyin.

«İkinci Axundov»-Süleyman Sani…
Gözlə

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG