Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

Mirzə Cəlili Həmidə xanım Cavanşir dahiyə çevirib?-İZ Anons


Foto: arxiv Həmidə Cavanşir (1873-1955)
Foto: arxiv Həmidə Cavanşir (1873-1955)

Payızın ilk ayında bir qrup Azərbaycan ziyalısı Ağcabədinin Kəhrizli kəndinə -Həmidə xanım Cavanşirin ata-baba mülkünə kiçik bir səyahət gerçəkləşdirib.

Səfərin təşəbbüsçüsü professor Rəhman Bədəlov, təşkilatçısı Murad Nəsibbəyli olub. “İz” mədəniyyət proqramı bu səfərin izinə düşərək, onların hər ikisini AzadlıqRadiosuna dəvət edib. Dinləsəniz, adi səfər olmadığına özünüz əmin olacaq və birbaşa Kəhrizliyə üz tutacaqsınız.

Veriliş boyunca bu suallara cavablar səslənib:

-Niyə Həmidə xanım, niyə Kəhrizli? Bu səfər hansı istəkdən gerçəkləşdi?
- Azərbaycanın ən parlaq qadınlarından birinin bir əsr öncə orada yaşadığından ağcabədililərin özününnə dərəcədə xəbəri var?
-Həmidə xanım Cavanşirin ev muzeyi hansı durumdadır?
-Orada Həmidə xanımın özəl əşyaları və ruhu necə qorunur?
-Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabında təsvirolunanlarla malikanənin indiki halıarasında hansı fərqlər var?
-Səfər iştirakçıları nəyə sevinib, nəyə üzüldülər?
-Və nəhayət, dövlət qurumları, ictimai təşkilatlar, adi vətəndaşlartarixi şəxsiyyətləri və o dönəmin ortamınınecə canlandıra,dilləndirə, dadlandıra bilərlər?

Yarım saat boyunca AzadlıqRadiosunun “İZ” proqramında bu və bənzər suallara cavab aranacaq. Verilişin bələdçiləri gözlənilmədən Ağcabədinin Kəhrizli kəndinə üz tutanRəhman Bədəlov və Murad Nəsibbəylidir.
Bu “İZ”i itirməyin.
Oktyabrın 16-da saat 23-də Həmidə xanımın əziz ruhunu bir daha bu “İz”də yad edək.

Mirzə Cəlili Həmidə xanım Cavanşir dahiyə çevirib?
Gözlə

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG