Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

Bir az da döz...


Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

Azərbaycan kəndlisi niyə varlana bilmir?

►İxraca təşviq nə vaxt reallığa çevriləcək?

Neftdənkənar sektorun ixtacatdakı payı, əslində, 32,7 faiz azalıb

İlin ilk yarısında Azərbaycandan ixrac edilən məhsulların dəyər ifadəsilə 15,6 faizi qeyri-neft məhsullarının payına düşüb.

İxracatda karbohirogenlərin (xam neft, neft məhsulları, təbii qaz) payı faiz nisbətində geriləsə də, əslində, neftdənkənar sektorun da payı 32,7 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, yanvar-iyun aylarında qeyri-neft məhsuları ixracatının həcmi 593,8 milyon ABŞ dolları olub. Bu, bir il əvvəlkindən 288,6 milyon dollar azdır.

DGK ixracı azalan məhsullar arasında emal sənayesi məhsullarının üstünlüyünə diqqət çəkir. Söhbət xammalı xaricdən gətirilən məhsullardan, əsasən, çay, şəkər və bitki yağlarından gedir. Son bir ildə onların ixracatı 184,6 milyon dollardan 40,2 milyon dollara düşüb.

DGK-nın məlumatından bir məqam da diqqət çəkir: Ölkədə duru yağ istehsalı azalsa da, çay və şəkər istehsalı artıb.

Bəs o zaman ixracatdakı geriləmə nə ilə izah olunur?

Bu sualı cavablarkən, «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna deyib ki, səbəb devalvasiyanın ardından Azərbaycanın fəal ticarət tərəfdaşları olan qonşu olkələrin (Rusiya, Qazaxıstan, Gürcüstan) valyutalarına nisbətdə manatın çarpaz məzənnədə üstünlük qazana bilməməsindədir:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

«Devalvasiya nəticəsində manat dollara nisbətən dəyər itirdi və nəzəri baxımdan belə ehtimal irəli sürüldü ki, bu, Azərbaycan məhsullarının qonşu bazarlarda rəqabət qabiliyyətini artıracaq. Ancaq kənd təsərrüfatı məhsullarından fərqli olaraq, bir çox yeyinti sənayesi məhsullarının xarici bazarlara çıxışı məhdudlaşdı. Niyə? Çünki 80 faiz xarici xammal asılılığı olann emal məhsullarının həmin ölkələrin valyutası ilə qablaşdırmasonrası ixracatı satışda rəqabətli üstünlük qazana bilmədi».

İxrac təşviqi nə vaxt ödəniləcək?

İndi bir çox ixracatçı ümidini «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» 1 mart 2016-cı il tarixli prezident fərmanının nə vaxt icra olunacağına bağlayıb. Həmin sənəddə qeyri-neft mallarının ixracına görə ixracatçılara malın dəyərinin ən azı 3 faizi həddində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur.

Fərmanda Nazirlər Kabinetinə «Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası»nı, «İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı»nı və «Məhsulların növündən asılı olaraq, ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları» bir ay müddətində müəyyənləşdirmək tapşırılmışdı. Artıq 2 ay yarım keçib, amma hökumətdən ixracatçılara hələ də müjdə verilməyib.

«Azərbaycan da yararlanacaq...»

Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov AzadlıqRadiosuna bildirib ki, xarici ölkələrin təcrübəsi öyrənilməklə sözügedən sənədlər üzərində iş davam etdirilir və yaxın iki ayda başa çatdırılacaq:

«Ayrı-ayrı ölkələrdə sənaye istehsalı və qeyri-neft ixracatı müxtəlif üsullardan istifadə edilməklə təşviq olunur. Azərbaycan da bu təcrübədən yerli şərait nəzərə alınmaqla yararlanacaq».

İxracatın təşviqi üçün maliyyə imkanlarına da toxunan V. Axundov bundan ötrü dövlət büdcəsində yetərli vəsaitin olduğunu sözlərinə əlavə edib.

İxrac təşviqinin neftdənkənar məhsullara təsirinə əmin olan dövlət müşaviri artıq gələn il neftdənkənar ixracatın 25 faiz həcmində yüksələcəyinə inanır.

Buna da bax: İşığın bahalaşması kimə daha çox ziyan vuracaq- [Video]

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG