Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

Londonda yerləşən Hərb və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Bakı ofisi fəaliyyətini tamamilə dayandırıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən ofisin koordinatoru Şahin Rzayevin bildirməsinə görə, onların Bakıdakı ofisi ötən il dayandırılsa da, beynəlxalq layihələrdə təmsil olunublar: «QHT qanunvericiliyində baş vermiş dəyişikliklərdən sonra ofisi bağladıq. Çünki qanunvericiliyin şərtləri bunu tələb edirdi, maliyyə əldə etmək prosesində çətinlik yaranmışdı».

Ş.Rzayev deyir ki, bir müddət beynəlxalq layihələrdə fəaliyyətlərinə davam ediblər: «Ancaq bu da dayandı, artıq bitdi. Mövcud şərtlər bu cür davam etməyə belə imkan vermir».

IWPR-in Bakı ofisi 1999-cu ildən fəaliyyət göstərirdi. 500-dən çox yerli tələbə və jurnalist təşkilatın layihələrində iştirak edib.

IWPR-in Bakı ofisi milli azlıqlar, dini ekstremizm, gender problemləri, insan haqları və başqa mövzular üzrə çoxlu jurnalist araşdırmalarını maliyyələşdirib.

IWPR dünyanın 30-dan çoxölkəsində təmsil olunur.

Ekspertlər hesab edirlər ki, son illər QHT qanunvericiliyində baş vermiş dəyişikliklər bir sıra yerli və xarici təşkilatlara ciddi problemlər yaradıb. Bəzi xarici QHT-lər son illər ölkəni tərk edib. Yerli QHT-lərdən də fəaliyyətini dayandıranlar az deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG