Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

İvanka Trump və əri siyasətə gəlir?


 Donald Trump qızı Ivanka Trump (sağda) 21 iyul 2016.

Donald Trump qızı Ivanka Trump (sağda) 21 iyul 2016.

Biznesmen və sərmayəçi Kushner Trump-ın seçki kampaniyasında yaxın məsləhətçisi olub. İndi isə hökumət adamları ilə görüşür.

İvanka Trump şəxsi və biznes sosial media hesablarını ayırır

ABŞ-ın yeni prezidenti Donald Trump-ın qızı İvanka Trump şəxsi və biznes maraqlarını toqquşdurmaqda suçlanır. Bu səbəbdən də o, özünün biznes və şəxsi sosial media hesablarını ayırmağa qərar verib. Amerikalıları narahat edən səbəbə gəlincə, hələ də şəxsi brendinin sükanı arxasında olan İvanka prezident seçilmiş atası ilə tez-tez ictimai yerlərdə görünməyə başlayıb.

Buna da bax: Меlаniа Тrumр kimdir? (Whо is Меlаniа Тrumр)

Noyabrın 23-də biznes ledinin komandası “Twitter” və “İnstagram” hesablarında onun “məktubunu” yayıblar. “Məktubda” 2,4 milyon və 1,9 milyon izləyicisi olan @IvankaTrump hesabının indi “şəxsi” istifadədə olacağı bildirilir.

Donald Trump, 1 fevral 2016

Donald Trump, 1 fevral 2016

Eyni zamanda deyilir ki, xanımın geyim və zərgərlik brendləri ilə bağlı bütün informasiyalar @IvankaTrumpHQ hesablarında yayılacaq.

“Özünün yüksək maraq dairəsində olduğunu başa düşən vətəndaş - İvanka Trump”

Bildirişdə bu da vurğulanır ki, “özünün yüksək maraq dairəsində olduğunu başa düşən vətəndaş kimi” o, Amerika qadınları və ailələri üçün əhəmiyyət kəsb edən məsələlərdə mövqe nümayiş etdirməkdən ötrü səylərini genişləndirəcək.

“Bizim şirkətin missiyası siyasi deyil – o, heç zaman siyasi olmayıb, olmayacaq da – ancaq İvanka şəxsən qadınlar tərəfindən çıxış etmək üçün yüksək imkana və dəyişikliklər istiqamətində müsbət qüvvəyə malikdir”, – deyə bildirişdə əlavə olunur.

Ağ Ev, Waşington D.C

Ağ Ev, Waşington D.C

İvanka siyasətə də qarışır?

Ata Trump Ağ Evdə olacağı müddətdə onun varidatını və biznesini “The Trump Organization”un İnkişaf və Əmlak məsələləri üzrə vitse prezidenti İvanka Trump idarə edəcək. Ancaq bu işdə o, təkbaşına olmayacaq, konqlomeratda vitse prezident olan daha iki qardaşı ilə əl-ələ verərək atalarının işini idarə edəcəklər.

Buna da bax: Prezident qızları

Yapon hökuməti İvankanın əri - daşınmaz əmlak məsələləri üzrə mütəxəssis və nəşriyyatçı 35 yaşlı Jared Kushner-in Baş nazir Shinzo Abe ilə ayaqüstü söhbətinin şəklini yayımladıqdan sonra İvankanın personası mübahisələri daha da qızışdırıb. Yapon baş nazirinin həmin görüşü keçən həftə yeni prezident seçilən Donald Trump-la Menhettendəki “Trump Tower”-də baş tutmuşdu.

Ancaq İvanka ətrafında söz-söhbət bununla bitmir. Xanım Trump həm də Argentina prezidenti Mauricio Macri-nin onun atası ilə telefon söhbətinə qatılıb. Hərçənd Argentina xarici işlər naziri bəyan edib ki, həmin söhbətdə İvanka ilə prezident yalnız lütfkarlıqlarını sərgiləyiblər.

Jared Kushner, Donald Trumpun kürəkəni

Jared Kushner, Donald Trumpun kürəkəni

Trump İvankanın ərini vasitəçi kimi görür

Jared Kushner Kushner ortodoks yəhudi ailəsindəndir. Biznesmen və sərmayəçi olan bu şəxs Trump-ın seçki kampaniyasında onun yaxın məsləhətçisi idi.

Donald Trump bildirib ki, kürəkəni Kushner sosial mediadan əhəmiyyətli dərəcədə kənar adamdır. O, eyni zamanda, əslən yəhudi kürəkəninin İsrail və Fələstin arasında sülh yaranmasında vasitəçi rolu oynaya biləcəyini bəyan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG