Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:48

İtaliyada zəlzələnin dağıtdığı bir kənddən reportaj


Foto arxiv
Foto arxiv

Kənddən bircə onun adı yazılmış lövhə qalıb

​İtaliyanın İllica kəndində zəlzələyədək uşaqların oyun parkı indi “komfort qidalanma” yerinə çevrilib.

Brezent örtüklü evsiz insanlar növbəti gecəni keçirmək və təzəcə hazırlanmış yemək paylarını almaq üçün buraya toplaşıblar. Ağacdan düzəldilmiş oturacaqlarda oturan yerlilərə İtaliya Aşpazları Federasiyasının könüllüləri qulluq edirlər.

Bu, həyatı bir anda dəyişən insanların fikrini dağıdan nadir istirahətlərdən biridir.

“Yeməklər əladır”, əlində bir tabaq yemək tutmuş 28 yaşlı Silvia Micozzi deyir: “Onlar bizə ehtiyacımız olan hər şeyi verirlər. Hər şey yaxşı təşkil olunub”.

“Onlara yaxşı qidalanmaq lazımdır”

Gecələr havanın temperaturu 10 dərəcəyə düşür. Fövqəladə Hallar Departamenti Federasiyasının prezidenti Roberto Rosati deyir ki, sağ qalanlara isti yer, yaxşı qida lazımdır. “Bu, ədviyyatlı, lobyalı şorpadır”, o, zəlzələdə zərərçəkənlərə verilən yemək barədə danışarkən deyib.

Roberti Rosatinin fövqəladə hallarda işləmək təcrübəsi var. O, 2009-cu ildə L'Aquilada, 2012-ci ildə Emilia-Romagnada baş vermiş zəlzələlərdən, keçən il Campaniadakı daşqınlardan sonra fəlakət zonalarında çalışıb.

“Bu dəhşətli hadisə baş verəndə biz dərhal bura gəldik. Növbəti günlərdə yemək daha yaxşı olacaq, çünki yemək hazırlamaq üçün avadanlıq indi qurulur, Səyyar mətbəx qururuq-deyə o bildirir

Onun sözlərinə görə, təbii fəlakətlərdən sonra ilk iki gün belə olur.

“İndi gördüyünüz “çol mətbəxi” deyil, sadəcə, çöldə mətbəxdir. Biz çöl mətbəxini quran kimi daha dadlı və keyfiyyətli yemək hazırlayacağıq”, o, zəlzələdən bir neçə gün sonra Frans Pressə- müsahibəsində deyib.

Roberto Rosati deyir ki, hətta dəhşətli hallarda belə hər şeyini itirmiş insanların yaxşı qidalanmasına ehtiyac var.

Mavi örtüklü uzun masaların üzərinə plastik boşqablar, çəngəl-bıçaq qoyulub. İlk baxışdan sanki hansısa mərasimə hazırlıqdır və bir azdan qonaqlar gələcək.

Ətraf Çin fənərləri ilə yox, tutqun “halogen” lampalarla işıqlandırılıb. Bir neçə gün öncə parkdan gələn gülüş səsləri yoxa çıxıb. Səssizliyi ara-sıra yuxarıda uçan vertolyotun gurultusu və yaxından keçən yük maşınlarının səsi pozur. Həyəcanla çəkilən siqaret tüstüsü ətrafı bürüyüb. Yemək vaxtı əsas söhbət dağıntılar altında qalanların axtarışı ilə bağlı olur.

Bir tərəfdə isə zəlzələ baş verəndə evlərini tərk edərkən götürə bildikləri əşyaların yığıldığı torbalar qalaqlanıb.

“Adamlar bir ayaqqabı ilə qaçırdı”

27 yaşlı Elisa Piluzzi həyacanla necə sağ qalmasından danışır, deyir ki, təkan baş verdiyi vaxt divar ele aralandı ki, çölə həmin deşikdən çıxa bilib, ondan sonra dama qalxıb. Elisanın sözlərinə görə, alatoranlıqda bir ayaqqabıda qaçan adamları görüb: “Hava işıqlaşandan sonra biz nə baş verdiyini bütün dəhşəti ilə gördük. Evlər dağılmışdı, başa düşdük ki, dağıntılar altında adamlar qalıb, kimisi ölüb”.

Günəş getdikcə dağların arxasında gözdən itir, düşən qaranlıq kəndin xarabalıqlarını gizlədir.

Parkın qapısına vurulmuş, kəndin adı yazılmış lövhə artıq İllicadan qalan yeganə xatirədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG