Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:47

İtaliyada hoteli qar uçqunu basıb, ölənlər var


İtaliyada qar uçqunu. Abbruzzo.18.1.2017
İtaliyada qar uçqunu. Abbruzzo.18.1.2017

İtaliyada hoteli qar uçqununun basması nəticəsində bir neçə adam ölüb.

Uçqun yanvarın 18-də Mərkəzi İtaliyada baş verən zəlzələnin ardından gəlib.

Nəticədə Abrutsodakı kiçik dağ hotellərindən biri qarın altında qalıb.

Güman edilir ki, hoteldə işçilərlə birlikdə ümumilikdə 30 nəfər ola bilər.

Hadisə yerinə dərhal xilasedici qüvvələr, polis və yanğınsöndürənlər göndərilib.

Amma uçqun yolları bağladığından hadisə yerinə yetişmək elə də asan olmayıb.

Hakim dairələr hesab edir ki, ölü sayı 30 nəfərə çata bilər.

Mütəxəssislərin sözlərinə görə zəlzələnin mərkəzi paytaxt Romanın təxminən 100 kilometrliyində olub.

Yerli sakinlərin əksəriyyəti ötən ilin avqustunda yüzlərlə adamın ölümü ilə nəticələnən zəlzələdən sonra bu bölgəni tərk ediblər.

Dünənki zəlzələdə 82 yaşlı bir kişi ölüb. O, uçan damın altında qalıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG