Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:01

İtaliya 2200-dən çox miqrantı xilas etdiyini, dənizdə boğulmuş 10 miqrantın meyitinin aşkarlandığını bildirib.

İtaliya Sahil Mühafizəsi deyib ki, miqrantlar noyabrın 5-də 13 rezin sal, 2 kiçik qayıq və bir böyük bərə ilə dənizi keçməyə və Avropaya çatmağa cəhd ediblər. İtaliya miqrantları xilas etmək üçün 16 xilasetmə əməliyyatı keçirib.

İspaniya və yerli qeyri-hökumət təşkilatlarına məxsus gəmilər də xilasetmə əməliyyatına qoşulub.

Beynəlxalq Miqrasiya Təşkilatı bu həftə deyib ki, ilin birinci yarısında Aralıq dənizini üzüb keçməyə çalışan 4 220-dən çox miqrant həlak olub. Ötən ilin anoloji dövründə həlak olan miqrantların sayı 3777 olub.

Təşkilat bildirib ki, bu il 159 min insan İtaliyaya dəniz yolu ilə keçməyə çalışıb.

Miqrantlar, əsasən, Şimali Afrika və Orta Asiyadan gəlirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG