Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:31

Sizin itiniz sizi doğrudan da anlayır


Foto illüstrasiya
Foto illüstrasiya

İtlər doğrudanmı insanların onlara dediklərini anlayırlar?

Bu həftə «Science» jurnalında çıxmış məqalədə iddia olunur ki, itlər həm insanların dedikləri sözləri, həm də onların intonasiyasını anlayırlar.

Bu isə o deməkdir ki, dili anlamaq üçün lazım olan sadə beyin kimyası insan növünün ortaya çıxmasından çox-çox əvvəl yaranmış ola bilər. Deməli, o, başqa heyvanlarda da mövcud ola bilər.

Macarıstanın Eötvös Loránd Universitetindən bir qrup tədqiqatçı itləri MRT (maqnit-rezonans tomoqrafiya) beyin müayinəsi zamanı sakit uzanmağa öyrədə biliblər. Bundan sonra onlar ayrı-ayrı sözləri müxtəlif intonasiyalarda eşidən itlərin beynində işıqlanan nahiyələri nəzərdən keçiriblər.

İtlərə həm onları tərifləyən, həm də heç bir məna kəsb etməyən sözlər deyilib. Hər iki halda sözlər həm neytral tonlarda, həm də tərifləyici tonda deyilib.

İtlər tərif sözləri, məsələn, «afərin» sözünü eşidəndə, tədqiqatçının istifadə etdiyi intonasiyadan asılı olmayaraq, onların beyninin sol yarımkürəsi işıqlanır. İtlər üçün heç bir məna kəsb etməyən sözlərin ifadəsi zamanı isə sol yarımkürə işıqlanmayıb. Elə insanlarda da dillə bağlı bacarıqları, əsasən, beynin sol yarımkürəsi kurasiya edir.

İtlər tərif sözləri eşidəndə, onların beynində xoşbəxtlik və həzz kimi hisslərə bağlı olan «mükafat mərkəzi» də alışır. Sözlərin mənalı, yaxud mənasız olmasından asılı olmayaraq, itlər pozitiv tonda söz eşidəndə, MRT beynin sağ yarımkürəsinin işıqlandığını göstərib.

Məqalə ilə birlikdə çıxmış xəbər relizində alimlərin əldə etdiyi bu nəticə «itlərin insan nitqini necə anladığını izah etmək üçün ilk addım» kimi qiymətləndirilib. Qeyd edilir ki, bu tapıntıları təsdiq etmək, yaxud daha da inkişaf etdirmək üçün daha çox tədqiqat aparılmalıdır.

Dərc edilmiş məqalədə alimlər həmçinin qeyd edirlər ki, itlərdə dil qabiliyyəti insanın onları əhliləşdirdiyi dövrdə meydana gələ bilərdi, ancaq bu ehtimal çox azdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG