Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Oktyabrın 10-da Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarovun isveçrəli həmkarı Didye Burkhalterin görüşündə ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Azərbaycan naziri İsveçrədə rəsmi səfərdədir.

Tərəflər iki ölkə arasında fəal siyasi dialoqun səviyyəsindən məmnun olduqlarını bildiriblər. Həmçinin, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsindən ötrü geniş potensial olduğu qeyd edilib. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd olunub.

Buna da bax:​ Avropa Birliyi Azərbaycana yeni viza qaydaları tədbiq edir

Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunublar.

İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, peşə təhsili üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini bildiriblər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdən sonra “Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” saziş imzalanıb. Habelə, “Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında”.

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək. Həmçinin digər kateqoriyadan olan şəxslərin viza rəsmiləşdirilməsi asanlaşacaq.

Buna da bax:​ Avropada icazəsiz yaşayanların geri qaytarılması sazişi təsdiqləndi

Readmissiya – dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin geri qəbul edilməsidir.

Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmadır.

Elmar Məmmədyarov oktyabrın 9-da İsveçrəyə gedib. O, oradan da Lixtenşteynə getməlidir.

XS
SM
MD
LG