Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21

►İstiqrazların gəlirliliyi 10 faizin altına düşdü

İyunun 21-də Bakı Fond Birjasında (BFB-də) Maliyyə Nazirliyinin istiqrazları gərgin mübarizə doğurub. Nəticədə, faizlər bir neçə bənd aşağı düşüb.

Bank və sığorta şirkətləri, eləcə də əllərində pul yığılıb qalan fərdi investorlar təklif olunan 20 milyon manat məbləğində qiymətli kağızlara təxminən 90 milyon manatlıq sifariş vermişdilər.

Hərracın nəticələri gözləntiləri alt-üst edib

BFB-nin açıqlamasında göstərilir ki, hər biri 10 milyon manat olan yarımillik və illik dövlət istiqrazlarını (DQİ) almağa 23 investordan sifariş qəbul edilibmiş. «İştahasını» azaltmayan investorlar istiqrazlara görə illik 17-25 faizədək gəlir umurlarmış.

Hərracın nəticələri onların gözləntilərini alt-üst edib. Əvvəlki hərracda belə qiymətli kağızların gəlirliliyi 12 faiz idisə, son hərracda bu rəqəm illik istiqrazlarda 9,49 və yarımilliklərdə 8,55 faizə enib.

Birja məlumatının təhlili göstərir ki, yarımillik istiqraz alışına verilən 23 sifarişdən yalnız biri təmin olunub. Yüksək gəlirə ümid bəsləyən investorların arzusu gözündə qalıb. Analitiklər ehtimal edirlər ki, bir bank təkbaşına 10 milyonluq istiqraz alıb.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Dövlət istiqrazı bazarında müşahidə olunan son meyllər nədən xəbər verir?

Maliyyə təhlilçisi Cəfər İbrahimov AzadlıqRadiosuna indi maliyyə sektorunda yüksək manat likvidliyi müşahidə edildiyini bildirib. O, kredit bazarında banklara əlverişsiz proseslərin davam etməsini buna səbəb göstərib. Başqa sözlə, banklar sərbəst pul vəsaitini bəlli gəlirllilik müqabilində yerləşdirməyə çalışır:

«Banklar ən aşağı faiz gəliri qarşılığında belə DQİ-ləri almağa hazırdır. Axı, başqa maliyyə alətlərindən fərqli olaraq, DQİ-nin riski yoxdur - ödənişə dövlət təminatı verilir. Digər tərəfdən, DQİ üzrə bank ehtiyat yaratmır və dolayısıyla, istiqraz alışı onun kapitalına da təsir göstərmir».

Dövlət istiqrazlarının əsas hədəfi

Bu il Maliyyə Nazirliyi DQİ-ləri yerləşdirərkən, ilkin mərhələhə onlara yetərincə yüksək gəlirlilik təmin etdi. Təhlilçilər onu da deyirlər ki, bu, Maliyyə Nazirliyinin mandatına daxil olmasa da, devalvasiyadan sonra manata etimadı bərpa etmək niyyətindən qaynaqlanırdı.

Dövlət istiqrazıarının əsas təyinatı dövlət büdcəsində yarana biləcək kəsirin daxili borc hesabına ödənilməsidir. Amma Maliyyə Nazirliyinin büdcənin icrasına dair 4 aylıq hesabatından görünür ki, 713,8 milyon manatlıq profisit var.

Hökumət, son hərracların nəticələri də nəzərə alınmaqla, DQİ hesabına 180 milyon manatadək vəsait cəlb edib.

Nazirlik ilin əvvəlində 400 milyonluq manat və 500 milyonluq dollar istiqrazları buraxıb. Ötən həftə isə 400 milyon manatlıq daha bir istiqraz buraxılışı qeydiyyata alınıb. Ümumiyyətlə isə, ilboyu büdcə kəsirinin ödənməsinə maliyyə bazarından 1,2 milyard manat ekvivalentində vəsait cəlb etmək nəzərdə tutulur.

Buna da bax: Olimpiya estafetində iştirak edən yaquar öldürüldü

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"

Günün bütün mövzuları

XS
SM
MD
LG