Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:42

«Azərbaycanda bu il istehsalatda bədbəxt hadisə nəticəsində ölüm halları ötən ilin eyni dövrü ilə müqayisədə artıb».

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov belə deyib.

57 NƏFƏR ÖLÜB

«Trend» xəbər verir ki, İ.Məmmədov son 6 ayda istehsalatda bədbəxt hadisələr zamanı 106 nəfərin xəsarət aldığını, 57 nəfərin vəfat etdiyini deyib. Bədbəxt hadisələrin 5-inin qrup halında baş verdiyi bildirilir.

«Ötən ilin uyğun dövründə isə istehsalatda bədbəxt hadisə nəticəsində 20 nəfər ölüb, 46 nəfər xəsarət alıb, qrup halında isə hadisə baş verməyib. Həmişə olduğu kimi, bədbəxt hadisələr tikinti, mədənçıxarma sənayesi, emal sənayesində, enerji və nəqliyyat sektorunda qeydə alınır. Hadisələrin baş verməsinin əsas səbəbləri hündürlükdən yıxılma, elektrik cərəyanı ilə təmas, sürüşmə-büdrəmə, zərbə və başqa hallar ilə bağlıdır. Yol-nəqliyyat hadisələrinin də sayı az deyil», - deyə nazirlik nümayəndəsi bildirib.

TƏHLÜKƏSİZLİK QAYDALARINA RİAYƏT OLUNMUR

O vurğulayıb ki, istehsalatda təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı çatışmazlıqlar var.

«Bəzi müəssisələrdə texniki təhlükəsizlik qaydalarına riayət olunmur, işçilər təlimatlandırılmır. Biz bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər veririk. Kimisi ona riayət edir, kimisi yox. Riayət etməyənlərə qarşı İnzibati Xətalar Məcəlləsi əsasında cərimə sanksiyaları tətbiq olunur», - İ.Məmmədov deyib.

Elə bir gün əvvəl «Baku Steel Company» zavodunda partlayış olmuşdu. 5 nəfər xəsarət almışdı. Həmin hadisənin də əmək mühafizəsi qaydalarının pozulması səbəbindən baş verdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG