Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Yeni körpünün əlavə xərclərini körpüdən keçməyənlər ödəyəcək


İstanbulda yenicə açılmış Yavuz Sultan Selim Körpüsü (YSS Köprüsü)

İstanbulda yenicə açılmış Yavuz Sultan Selim Körpüsü (YSS Köprüsü)

Bütün avtobus, TIR və yük maşınları yalnız bu körpüdən keçməlidir

İnfrastruktura yatırılan sərmayələrin ən yararlı yönü onların özəl biznesə və onun gəlirlərinin artmasına şərait yaratmasıdır. Ancaq düzgün planlaşdırılmayan, yaxud hələ yarımçıq infrastruktur layihələrinin istifadəyə verilməsi özəl sektora başağrısı törədir. İstanbulda yenicə açılmış Yavuz Sultan Selim Körpüsü (YSS Köprüsü) bunun ən son nümunəsidir.

Körpü və ona bağlı yollar açılınca, yeni bir qərar da verildi

Körpü və ona bağlı yollar açılınca, yeni bir qərar da verildi: Avtobus, TIR və yük maşınlarının hamısı yalnız bu körpüdən keçməlidir. Digər iki körpüdən keçmək onlara qadağan edilib.

"Hürriyet" qəzeti yazır ki, YSS Körpüsünə məcburən yönləndirilən ağır yük maşınları buraya aparan yolların darlığı ucbatından körpünün giriş və çıxışlarında hərəkəti iflic edir. Beləliklə, nəqliyyatı rahatlatmaq məqsədi daşıyan yeni körpü, tam tərsinə, problemləri çoxaldıb. Qərarın qüvvədə olduğu müddətcə - 2018-ci ilədək bu problemin çözülməyəcəyi bildirilir.

Körpü və ona bağlı yollar açılınca, yeni bir qərar da verildi: Avtobus, TIR və yük maşınlarının hamısı yalnız bu körpüdən keçməlidir...

Ən əsası isə, adi yük maşınları və TIR-ların keçmə xərcləri birdən-birə artıb. Bu, onların daha bahalı körpüdən keçməyə məcbur edilməsindən, eləcə də süni tıxaclarda itirdikləri vaxtdan qaynaqlanır.

Yük maşınları, TIR və avtobuslar İstanbulun iki köhnə körpüsündən keçərkən, 6 - 15 lirə (2-5 dollar) arasında pul ödəyirdilərsə, indi bundan iki dəfə çox ödəməli olurlar. Məsələ burasındadır ki, maşınlar bu körpüyə yan almaqdan ötrü avtomagistraldan keçməyə və ödəniş etməyə məcbur qalır. Üstəlik, eyni pul geri qayıdarkən də ödənməlidir. Şirkətlər bu xərci qarşılamaq istəmir.

Buna da bax:​ İstanbulda Sultan Səlim körpüsü açıldı

Körpüdən keçməyə 1 milyon 195 min dollar?

Məcburən YSS körpüsünə girməli olan yük maşını Avropadan Asiyaya gedib-dönməyə 89,05 türk lirəsi (30,4 dollar), iri yük maşınları, TIR və avtobuslarsa 114,6 türk lirəsi (39,11 dollar) ödəyir. Beləliklə, ən adi yük maşınlarının xərci 80 (27,3 dollar), daha iri yük maşınları və avtobusların xərci 100 lirə (34 dollardan çox) artıb.

Ən əsası isə, adi yük maşınları və TIR-ların keçmə xərcləri birdən-birə artıb.

Böyük bir şirkətin meneceri “Hürriyet”ə bildirib ki, onun şirkətinin hər gün 50-60 maşını Avropadan Asiyaya və əksinə mal daşıyır. Tətbiq edilən məcburiyyətdən sonra şirkətin aylıq xərci, təxmini hesabla, 300 min lirə (102 min 408 dollar) artıb. Bu isə ildə 3,5 milyon türk lirəsi (1 milyon 195 min dollar) deməkdir. Türkiyənin avtomagistrallar üzrə baş idarəsinin məlumatına görə...

Ötən il Bosfor boğazındaki iki körpüdən keçən ağır yük maşınlarının sayı gündə 60 mini aşır. Bunların çox böyük bir hissəsi metropoliyaya və yaxud oradan xammal və istehlak məmulatları daşıyır.

Müəllif bu nəticəyə gəlir ki, maliyyə xərclərinin artması nəhəng bir metropoliyanın bütün paylama kanallarına təsir göstərir. Onun fikrincə, bu durum, əvvəl-axır, inflyasiya doğuracaq və insanların güzəranına təsirsiz ötüşməyəcək.

Buna da bax:​ Azərbaycan Türkiyə üçün qiymətləri endirdi

Maliyyə xərclərinin artması nəhəng bir metropoliyanın bütün paylama kanallarına təsir göstərir.

Müəllif yazır ki, ildə 1 milyon dollarlıq xərci heç bir şirkət öz qazancından ödəməyəcəyindən, son nəticədə bu pul istehlakçıların cibindən çıxacaq. Yazı müəllifi daha öncə büdcə pullarına tikilən Osman Gazi Körpüsünün də ondan keçməyənlərin cibinə təsir göstərdiyini xatırladır və fikrini Fatih Sultan Mehmet (FSM) körpüsü ilə yeni körpünün müqayisəsi ilə tamamlayır:

“Ən yaxındakı FSM Körpüsündən ötən il hər gün 149 min avtomobilin keçdiyini və buna geri dönüşlə birgə 4,75 lirə (təxminən 1,66 dollar) ödəndiyini nəzərə alınsa, YSS Körpüsündən keçməyə bunun iki qatını və üstəgəl avtomagistral yolun pulunu ödəyib keçmək heç də sərfəli sayılmaz. Bu üzdən... pulu körpüdən keçməyənlər ödəyəcəklər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG