Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:30

İstanbulda partlayış olub (Video və fotolar)


İstanbulda partlayış olub
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

İstanbulda partlayış olub

-

Xəbər daim yeniləndiyindən ən son məlumat yazının əvvəlindədir.​

İstanbulun mərkəzində törədilmiş partlayışda 11 nəfər ölüb, 36 nəfər yaralanıb.

İstanbul valisi Vasip Şahin deyib ki, ölənlərdən 7 nəfəri polis əməkdaşlarıdır.

İstanbul Universiteti yaxınlığından polis avtobusu keçərkən uzaqdan idarə olunan qurğu partladılıb.

Partlayışdan sonra ərazidə atışma səsləri eşidilib.

+++

Türkiyənin İstanbul şəhərinin mərkəzində bomba partladılıb, bir neçə nəfər yaralanıb.

Dövlət televiziyasının məlumatına görə, iyunun 7-də səhər saatlarında törədilmiş partlayışın hədəfi İstanbul Universiteti yaxınlığındakı polis avtobusu olub.

«Doğan» xəbər agentliyi azı beş nəfərin yaralandığını bildirir.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Ötən ilin iyulunda sülh danışıqları iflas edəndən bəri PKK silahlıları Türkiyədə polis və hərbi obyektləri partladır.

Türkiyədə bir sıra partlayışlarda «İslam Dövləti» silahlı qruplaşması da ittiham olunub.

Partlayış yerindən Reuters agentliyinin görüntüləri:

XS
SM
MD
LG