Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Noyabrın 19-da İstanbulda Miqrasiya İdarəsində çıxan yanğın nəticəsində 50 əcnəbi şəxs ordan qaçıb.

Haberler.com-un məlumatına görə, idarədə saxlanan və deportasiya ediləcək şəxslər yanğın törədiblər, onlar əşyaları yandırıblar.

Hadisə yerinə yanğın söndürənlər gəlib. İlkin məlumatlara görə, bundan istifadə edən 50 xarici şəxs idarədən qaçıb.

Yanğında iki adam yaralanıb.

Yerli polis faktla bağlı araşdırma aparır. Hələlik, qaçan əcnəbilərin hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG