Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

Hakimiyyət orqanlarının bəyanatında buna səbəb olaraq “təhlükəsizlik və ictimai asayişin qorunması zərurəti” göstərilir.

İstanbulun şəhər bələdiyyəsi bu ayın sonuna planlaşdırılan illik “gey iftixarı yürüşünə” - gey parada icazə verməyib.

Hakimiyyət orqanlarının bəyanatında buna səbəb olaraq “təhlükəsizlik və ictimai asayişin qorunması zərurəti” göstərilir.

Bu o deməkdir ki, belə bir yürüş keçirmək istəyən hər bir şəxs polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilə bilər.

Yürüşün təşkilatçıları qadağanı “konstitusiya və qanunun kobud şəkildə pozulması” adlandırıblar.

Onlar həmçinin bildirirlər ki, hakimiyyət vətəndaşlarının öz hüquqlarından istifadəsinin təhlükəsizliyini təmin etməkdən boyun qaçırıb. Təşkilat komitəsi bildirib ki, məhkəməyə müraciət edəcək.

Ramazan ayı ilə eyni vaxta düşüb

Türkiyə mətbuatı yazır ki, İstanbulda son aylarda İslam Dövləti adlandırılan təşkilat və PKK-nın törətdiyi deyilən bir sıra partlayışlar baş verib.

Bu həftənin əvvəllərində ultramillətçi Alperen gənclər qruplaşması gey paradda iştirak etməyə hazırlaşanları əxlaqsız adlandırmış və yürüşün qarşısını almaqla hədələmişdi.

Ötən il Türkiyə polisi yürüşü gözyaşardıcı qazların köməyi ilə dağıtmışdı.

O vaxt təşkilatçılar bildirmişdilər ki, yürüşə müqəddəs Ramazan ayı ilə eyni vaxta düşdüyü üçün icazə verilməyib. Elə bu il də iyunun 26-a planlaşdırılan gey parad Ramazan ayına düşüb.

Lakin bundan əvvəl dalbadal on iki il İstanbulda keçirilən gey paradlar insidentsiz ötüşmüşdü.

Bir sıra başqa, xüsusilə də ərəb ölkələrindən fərqli olaraq Türkiyədə homoseksuallıq qadağan edilməyib.

Bununla belə, ölkədə homoseksuallığa münasibət ümumən mənfi olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG