Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:06

-

İstanbulun mərkəzində beşmərtəbəli bina çöküb.

Olay fevralın 12-də Beyoğlu İstiklal Caddesi yaxınlığında Kurabiye küçəsində baş verib.

Məlumatı Türkiyə mediası yayıb.

"Huriyyet"in yazdığına görə, İstanbul valisi hadisə yerinə gəlib, verdiyi açıqlamada bildirib ki, onlarda olan məlumata görə, çökən binanın altında bir kimsə qalmayıb.

Hadisə yerində olan Beyoğlu Bələdiyyə rəhbəri də binada yaşayışın olmasına baxmayaraq insan itkisinin və ya xəsarət alanın olmadığını bildirib.

CNN Türk isə yazır ki, binanın altında insanların qalması ehtimalı var. Ərazidə xilasedicilər işləyir.

Şahidlərdən biri isə deyib ki, binanın çökməsi təhlükəsi yaranan kimi insanlar oranı tərk edib.

Son illərdə İstanbulda bir neçə bina çöküb.

Günün bütün mövzuları

XS
SM
MD
LG