Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Gənclərin 9.7 faizi rəsmi işsizdir - Rəsmi


«Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi 9.7 faizdir».

«Turan»ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional büronun direktoru Cihan Sultanoğlu ilə söhbətində Azərbaycanda məşğulluğun yaxşı səviyyədə olduğunu ifadə edib.

Nazir deyib ki, Azərbaycan BMT-nin rəyinə görə, bu seqmentdə məşğulluq üzrə ilk onluqdadır.

«Yeni iş yerləri yaradılanda qeyri-neft sektoruna xüsusi diqqət ayrılır. Birinci yarımildə 90 min iş yeri açılıb, bunun 78 mini daimidir»,- deyə nazir əlavə edib.

«Turan» ekspertlərinin fikrincə, ölkədə işsizlik səviyyəsi, xüsusən, kənd yerlərində yaşayanlar arasında daha yüksəkdir. Dövlət Statistika Komitəsi kənddə yaşayanları işləyən kimi qeyd edir. Ancaq, əslində, onlar əməkhaqqı almırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG