Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 12:40

««Əlillərin Sosial Müdafiəsi Haqqında Qanun»un 25 və 29-cu maddələrinə əsasən, mənə iş tapması üçün məşğulluq mərkəzinə müraciət etmişəm. Müraciətimdən xeyli müddət sonra Abşeron Məşğulluq Xidmətinə dəvət olundum. Məndən soruşdular ki, «beton tökə bilərsən?». Dedilər, bundan başqa iş yoxdur. Halbuki, şəxsi məlumatlarımda əlil olmağım və sol qolumun məhdud fəaliyyət imkanı qeyd edilmişdi».

HƏM SAVAŞ VETERANI, HƏM DƏ ƏLİL...

Xırdalanda yaşayan 42 yaşlı Elşad Rəhmanov Qarabağ müharibəsi veteranı və 3-cü qrup əlildir. Anası ilə birlikdə yaşayır. Ana-bala təqaüdlərini üst-üstə qoyub dolanırlar. Ancaq Elşad deyir, hər ikisinin təqaüdü birləşəndə, heç qarındolusu yeməyə çatmır. Uzun müddətdir iş axtarır. Ötən ilin dekabrından sənədlərini Dövlət Məşğulluq Mərkəzinə təqdim edib. Səkkiz ay ötsə də, ona hələ də uyğun iş təklifi olmayıb:

«Məlumatlarımda əlil olduğumu və özümə münasib iş axtardığımı qeyd etmişəm. Məşğulluq idarəsi də yaxşı bilir ki, palçıq qarışdırmaq, beton tökmək, daş daşımaq əlilin öhdəsindən gələcəyi iş deyil. Sanki heysiyyatımızla oynayırlar, gah palçıq qarışdırmaq, gah beton tökmək işini təklif edirlər. Hər dəfə də yadlarına salıram ki, açıb məlumatlarıma bir də baxsınlar».

Buna da bax - Bəs Almaniyada Məşğulluq İdarələri nə təklif edir?

PREZİDENTƏ MÜRACİƏT: «AY PREZİDENT...»

Elşad Rəhmanov prezident İlham Əliyevə məktubunda yazıb ki, «ay prezident, məmurlar sizi aldadır, ölkədə işsizlik baş alıb gedir, yüz minlərlə iş yerlərinin açılması barədə saxta statistika hazırlayırlar. Çıxın, məşğulluq mərkəzlərinə baş çəkin, hər gün səhərdən axşamadək işsizlərin üsyanını görərsiniz».

MƏŞĞULLUQ MƏRKƏZİ: «HAMI OTURAQ İŞ İSTƏYİR»

Abşeron rayon Məşğulluq Mərkəzindən «Qaynar xətt»ə bildiriblər ki, iş müraciəti edənlər çox vaxt təklif olunan iş yerləri ilə razılaşmırlar. Necə deyərlər, hamı oturaq iş istəyir. Heç kim fəhləlik, bənnalıq eləmək istəmir.

İqtisadçı ekspert Rəvan Eyyubov deyir, qanunvericiliyə görə, vətəndaşın 4 tələbatı - pulsuz təhsili, sağlamlığının vətəhlükəsizliyinin təminatı, iqtisadi tələbatının ödənilməsi dövlətin üzərinə düşür. Bu sonuncu dövlətin vətəndaşı işlə təmin etməsi deməkdir. Ancaq Azərbaycanda hökumətin iş yerləri ilə bağlı saxtakarlığı elə Dövlət Məşğulluq Xidmətinin yeni yaratdığı ses.gov.az saytından başlayır:

AY SƏNI, SES.GOV.AZ...

«Saytın «Vakansiyalar» bölməsi işləmir. Halbuki, işsizlər iş tapmaqdan ötrü daha çox bu bölməyə baxırlar. Digər bölmələrdə saxta hesabat və şişirdilmiş rəqəmlərdən başqa heç nə tapa bilməzsiniz. Məşğulluq mərkəzlərindəki vəziyyətə gəlincə, bu yaxınlarda Şəki və Abşeron məşğulluq mərkəzlərində kiçik bir araşdırma apardım. Özüm ali təhsil haqqında və tələb olunan digər sənədləri hər iki mərkəzə təqdim etdim. Çox sayda və məsələyə dəxli olmayan əlavə sənədlər istəndi. Dövlət vətəndaşı işlə təmin edə bilmirsə, qanunvericiliklə nəzərdə tutulmuş işsizlik müavinəti təyin etməlidir».

Ekspert deyir, əmək kitabçası olan vətəndaşa uyğun iş təklif edilmirsə, 75 manat işsizlik müavinəti təyin olunmalıdır. Ancaq müraciətçidən o qədər lüzumsuz sənədlər tələb edilirki, o, bir daha müavinət arxasınca getmək istəmir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG