Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

Rusiya İsraillə də dil tapdı


Prezident Vladimir Putin İsrail baş naziri Benjamin Netanyahu ilə Novo-Ogaryovo iqamətgahında görüşüb

Prezident Vladimir Putin İsrail baş naziri Benjamin Netanyahu ilə Novo-Ogaryovo iqamətgahında görüşüb

İsrail baş naziri Benjamin Netanyahu deyib ki, tərəflər Suriyadakı hərbi əməlliyyatlarını koordinasiya etmək barədə mühüm razılaşmaya nail olublar.

Rusiya prezidenti Vladimir Putinlə Moskva görüşünün ardınca İsrailin baş naziri Benjamin Netanyahu Suriya ilə bağlı razılaşma əldə edildiyini bildirib.

İsrail baş naziri deyib ki, tərəflər Suriyadakı hərbi əməlliyyatlarını koordinasiya etmək barədə mühüm razılaşmaya nail olublar.

“Mənim məqsədim gələcəkdə İsrail ordusu və Rusiya qoşun birləşmələri arasında mümkün anlaşılmazlıqların qarşısını almaq idi” – deyib Netanyahu Putinlə görüşündən sonra.

Təsadüfi toqquşmalara qarşı

İsrail hökumətinin başçısı deyib ki, tərəflər Suriyada təsadüfi hərbi toqquşmadan yan keçmək məqsədilə koordinasiya mexanizmlərini müəyyənləşdiriblər.

Benjamin Netanyahu: Mənim məqsədim gələcəkdə İsrail ordusu və Rusiya qoşun birləşmələri arasında mümkün anlaşılmazlıqların qarşısını almaq idi

Rusiya mediası xüsusilə vurğulayır ki, Netanyahu-nun bu səfərində onu siyasətçilər yox, İsrail ordusu baş qərargahının rəisi və İsrail hərbi kəşgiyyatının rəhbəri müşayiət ediblər.

Hələ görüşdən əvvəl sırf Suriya məsələsinin müzakirə olunacağı bildirilmişdi.

Adının çəkilməsini istəməyən mənbə Reuters agentliyinə bildirib ki, bu görüşdə söhbət yalnız İsrail və Rusiya hərbiyyələri arasında əməliyyat zonalarının bölüşdürülməsindən gedə bilərdi.

Mənbə deyib ki, iki tərəf hətta kimin gecə, kimin isə gündüz əməliyyatları aparması məsələsini də müzakirə edə bilərlər.

Həlledici qərar Putin və Obama arasında qəbul edilə bilər

Son vaxtlar Rusiyanın Suriyaya ağır silahlar və canlı qüvvə gətirdiyi xəbər verilir. Bundan bir qədər əvvəl ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında internsiv telefon söhbətləri olmuşdu. Bu söhbətlərdən sonra cənab Kerry Suriyaya dair strategiyaya yenidən baxılması mümkünlüyünü dilə gətirmişdi.

İsrail-Suriya sərhədi

İsrail-Suriya sərhədi

Hazırda Rusiya prezidenti Vladimir Putin-in Nyu Yorka səfər edəcəyi və orada prezident Barack Obama ilə görüşəcəyi gözlənilir.

Bir sıra təhlilçilər bu qənaətdirlər ki, İsrail başçısının məhz bu arada Putinlə görüşməsi tamamilə məntiqi görünür. Beləki, hazırda Suriya, Assad rejimi və İŞİD-ə qarşı mübarizə məsələsində son dərəcə həssas beynəlxalq situasiya yaranıb.

Səudiyyə və Türkiyənin qibtəolunmaz vəziyyəti

Moskva konkret olaraq Assad rejimini müdafiə etdiyini və Suriyaya silah verdiyini gizlətmir. Son məlumatlardan isə bəlli olur ki, Rusiya münaqişəyə birbaşa müdaxilə etmək niyyətindən də sirr eləmir.

İsrail ehtiyat edir ki, Rusiyanın Bashar al-Assad-a göndərdiyi silahlar şiə Hizbullah təşklilatının əlinə keçə bilər

İŞİD-ə qarşı mübarizə məsələsində Rusiya və ABŞ-ın maraqları üst-üstə düşsə də, Türkiyə və Səudiyyə kimi müttəfiqlərin mənafeləri Vaşinqtonu Assada qarşı daha sərt mövqe tutmağa təhrik edir.

Digər tərəfdən isə Suriyada Rusiya ilə İranın da maraqları üst-üstə düşür və bəzi məlumatlara görə Tehran Suriya münaqişəsinə artıq xeyli vaxtdır ki, müdaxilə edib.

İranla düşmən münasibətlərdə olan İsrail ehtiyat edir ki, Rusiyanın Bashar al-Assad-a göndərdiyi silahlar şiə Hizbullah təşklilatının əlinə keçə bilər.

Bu arada Britaniya mətbuatı yazır ki, Suriyadakı ziddiyyətli quramada hələlik ən qibtəolunmaz vəziyyət Türkiyə və Səudiyyə Ərəbistanı üçün yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG