Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:09

İstintaq Rusiya əsgəri Permyakovun ağlı başında olduğunu bildirib


Valery Permyakov
Valery Permyakov

İstintaq 7 nəfərlik erməni ailəsini öldürməkdə ittiham olunan Rusiya əsgəri Valeriy Permyakovun ağlı başında olduğunu bildirib.

İnterfaksın məlumatına görə, ekspertiza Gümrüdəki Rusiya bazasının ərazisində aparılıb.

İndi ona qarşı yekun ittiham irıli sürülə və iş məhkəməyə göndərilə bilər.

Yanvarın 12-də Gümrüdə Avetisianlar ailəsinin 7 üzvü avtomat silahla qətlə yetirilib.

Onlardan ikisi azyaşlı uşaqdır.

Permyakov ifadəsində cinayəti boynuna alıb.

Bu insident Ermənistanda böyük etiraz aksiyalarına səbəb oldu.

Aksiyaçılar onun Ermənistanda mühakimə olunmasını tələb edirdilər.

Permyakov hazırda Gümrüdəki Rusiya bazasında saxlanılır.

XS
SM
MD
LG