Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

İspaniya “Rusiya mafiyasının ovu”na başlayır


Beynəlxalq mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 20 nəfərin məhkəməsi mart ayında keçirilib

Beynəlxalq mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 20 nəfərin məhkəməsi mart ayında keçirilib

İspaniyadan alınan xəbərlərdə bildirilir ki, hökumət rəsmiləri də daxil “mafiyaya bağlı” rusiyalıların həbsinə order verilib

İspaniya Ali Məhkəməsinin hakimi mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 12 rusiyalının həbsinə order verib. Onların arasında yüksək vəzifəli hökumət və dövlət rəsmilərinin də olduğu bildirilir.

Sözü gedən 12 nəfər Rusiya mafiyasının başçılarından Gennadi Petrovla əlaqəli olmaqda şübhəli bilinir. Petrov 2008-ci ildə İspaniyada həbs edilsə də, sonradan Rusiyaya qaça bilib.

Britaniya təhqiqatı Litvinenkonun ölümünü Vladimir Putinlə bağlayıb

Britaniya təhqiqatı Litvinenkonun ölümünü Vladimir Putinlə bağlayıb

Şübhəlilərdən bəziləri Rusiya prezidenti Vladimir Putinə yaxın rəsmilərdir.

Onlardan biri, Nikolay Aulov İspaniya məhkəməsinin bu ittihamlarını “siyasi motivli” kimi rədd edib.

Cənab Aulov Rusiya Federal Antinarkotik Xidməti rəisinin müavinidir.

Bu xidmətin ittihamlarla bağlı bəyanatında deyilir ki, “bu, Rusiya Federasiyası rəsmilərinin ləkələnməsi üçün daha bir siyasi sifarişin icrasıdır”.

Tambov sindikatı

İspaniyanın Ağır Cinayətlər üzrə Məhkəməsinin hakimi Jose de la Mata-nlın imzaladığı orderdə qeyd olunub ki, axtarışda olan 12 nəfər Gennadi Petrovun “Tambov” mafiya sindikatına bağlı şəxslərdir.

Onlar sifarişli qətlərdə, silah və narkotik alverində, reketdə, saxtakarlıqda və çirkli pulların yuyulmasında ittiham edilirlər.

İspaniyanın axtardığı şübhəlilərdən biri də Rusiya İstintaq Komitəsi (RİK) rəhbərinin müavini İqor Sobolevskidir.

Millət vəkili Vladislav Reznik

Millət vəkili Vladislav Reznik

Bu siyahıda millət vəkili Vladislav Reznik də var. O əvvəllər Rusiya Dumasında maliyyə bazarları komitəsinin sədri olub. Onun arvadı Diana Gindina da siyahıdadır.

Xəbər verilir ki, bu 12 nəfərdən bəzilərinin adları həm də İspaniya prokurorluğunun ötən il elan etdiyi ittihamnaməyə daxil 27 rusiyalı şübhəlinin arasında da var.

Petrov İspaniyada “Troyka” adı ilə tanınan əməliyyatın gedişində həbs edilmiş 20 nəfərin arasında idi.

İspaniya prokurorluğu bildirir ki, Petrovun qrupu keçmiş müdafiə naziri Anatoli Serdyukov və keçmiş baş nazir Viktor Zubkov da daxil bir sıra rəsmilərlə bağlıdır.

2006-cı ildə Londonda radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək qətlə yetirlmiş keçmiş Rusiya xəfiyyəsi Aleksandr Litvinenko İspaniya hökumətinə Rusiya mütəşəkkil cinayətkarlığının ifşa edilməsində köməklik göstərirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG