Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:14

Media dövlət satınalmaları zamanı qanun pozuntularından çox söz açıb. Ancaq beləsi ilk dəfədir: təsəvvür edin, nə layihə var, nə smeta hesablanıb, amma təmir işləri görməyə podratçı axtarışına çıxıblar.

Bir gündə iki elan

Sentyabrın 9-da İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı şəhərində Nizami, Cavanşir, Natəvan, Ə.Mahmudov, M.F.Axundov küçələri və H. Əliyev prospektindəki çoxmənzilli yaşayış binalarının əsaslı təmirinə açıq tender elan etmişdi. Elə həmin gün rayon İH sözügedən binaların təmirindən ötrü tələb olunan layihə-smeta sənədlərinin hazırlanması üçün sentyabrın 16-dək şirkətlərdən kotirovka sorğusu yolu ilə təkliflər qəbul etdiyini açıqlamışdı.

Buna da bax:​ Azərbaycansayağı korrupsiya izi: Evindən 3 şirkət çıxa, xəbərin olmaya...

Layihə yoxdur, təmirə hazırlıq gedir

AzadlıqRadiosu-nun əməkdaşı maraqlanınca, elan edilən tenderdən imtina olundu...

Paradoks yarandı: layihə hazır deyil, görüləcək işlərin smeta qiyməti hesablanmayıb, amma iddiaçı tikinti şirkətlərindən tələb olunur ki, oktyabrın 26-dək tender təkliflərini təqdim etsinlər.

Məsələ ilə bağlı AzadlıqRadiosu-nun əməkdaşı hər iki satınalma elanında qeyd olunmuş telefona zəng edib. Ancaq rayon İH-dəki telefon “susub”. Məsələyə aydınlıq gətirilməsi üçün İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Agentliyinə (ASİHM) müraciət edilib.

Tender ləğv edildi

Məlum olub ki, telefonun o başı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının aparatı deyil, İH-nin əməkdaşı Ağaəhməd Əhmədovun mənzili imiş.

Dövlət Agentliyinin satınalmalar şöbəsi müdirinin müavini Mirdaməd Kərimov elan edilmiş tenderin araşdırılacağını və lazımı tədbirlərin görüləcəyini bildirib.

Bu gün – sentyabrın 15-də İsmayıllı rayon İH-nin Tender Komissiyası tenderin davamından imtina etdiyini açıqlayıb. ASİHM Dövlət Agentliyində AzadlıqRadiosu-na bildiriblər ki, bu rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri ilə telefon danışığından sonra baş verib.

Buna da bax:​ Bir şirkət 3 ayda 28 tenderi necə udur?

Telefon nömrəsi mənzilə aidmiş

AzadlıqRadiosu məsələnin təfərrüatlarını aydınlaşdırmaqdan ötrü bir daha Tender Komissiyasına üz tutub. Burada tenderə və kotirovka sorğusuna qatılmaqda maraqlı olan şəxslərlə əlaqə saxlamağa yalnız bir telefon nömrəsi var. Zəngdən sonra telefonun dəstəyini bir qadın qaldırıb. Məlum olub ki, telefonun o başı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının aparatı deyil, İH-nin əməkdaşı Ağaəhməd Əhmədovun mənzili imiş.

Bax belə... İsmayıllıda dövlət satınalmalarında iştiraka «maksimum şərait» yaratmaq üçün «hər şey edirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG