Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:03

Azad Rəhimov: 'İslamiada-nın açılışı möhtəşəm olacaq'


Əfqanıstan qadın idmançısı Tahmina Kohistani
Əfqanıstan qadın idmançısı Tahmina Kohistani

“İslam Oyunlarının açılış mərasimi möhtəşəm olacaq. Mərasim Azərbaycanda keçirilmiş Avropa Oyunlarından və digər yarışlardan zəif olmayacaq. Bu, hələlik sirr qalsın”.

Bunu gənclər və idman naziri Azad Rəhimov noyabrın 8-də keçirdiyi mətbuat konfransında deyib. APA-nın xəbərinə görə, nazir açılışda islamdan söhbət açılacağını ifadə edib.

A.Rəhimov bildirib ki, yarışlar 16 qrupda keçiriləcək. Artıq 49 Olimpiya Komitəsi yarışda iştirakını təsdiqləyib. Sayın artacağı gözlənilir

Buna da bax:​ İslam Oyunlarına hazırlıq müzakirə edildi

Nazir yarışların yayım hüquqları ilə bağlı razılaşma olmadığını da qeyd edib:

“Bu məsələyə də yaxın günlərdə aydınlıq gələcək. Əməliyyat Komitəsində 500-dək insan işləyir. Onlar üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Biz belə düşünürük ki, yarışa 3000-3500 idmançı qatılacaq. Planda nə var idisə, onu da yerinə yetirəcəyik. Bu yarışı təkcə Azərbaycan və İslam ölkələrinə deyil, bütün dünya üçün keçiririk”, deyən nazir hazırlıq işlərinin plan üzrə getdiyini bildirib.

A. Rəhimov həmçinin onu da əlavə edib ki, müsəlmanların yaşadığı qeyri müsəlman ölkələr də iştirakdan ötrü İslam Həmrəyliyi İdman Federasiyasına müraciət edə bilərlər.

Buna da bax:​ İslam oyunlarında 5000 idmançı

4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayın 12-dən 22-dək Bakıda keçiriləcək.

Noyabrın 8-də Bakıda oyunlara hazırlıq məqsədi ilə koordinasiya komissiyasının 4-cü iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə edilib.

Buna da bax: Cəmi 3 milyon? Formula-1 nə qədər gəlir gətirdi?

2-ci gün idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləri müzakirə olunmalıdır.

Bu il Azərbaycanda Formula-1 yarışları, ötən il isə I Avropa Oyunları keçirilmişdi. Müxalifət belə yarışların təşkilinə xərclənən pulların ölkə əhalisinin sosial ehtiyaclarına və yeni iş yerlərinin açılmasına sərf edilməsini düzgün sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG