Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Mövsüm Səmədov ‘kars’a salınıb - yeni həbsxanaya köçürülən kimi


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov cərimə kamerasına ("kars"a) salınıb. Bu barədə AzadlıqRadiosu-na vəkili Yalçın İmanov məlumat verib.

Müdafiəçi bildirib ki, Mövsüm Səmədovun həbsxana rejimində saxlanma müddəti noyabrın 28-də başa çatıb. Ona görə də noyabrın 29-da Qobustandakı qapalı rejimli həbsxanadan əvvəllər saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Buna da bax:​ Karserə salınmış partiya liderindən xəbər yoxdur

"Cəzaçəkmə müəssisəsinə gələn kimi onu cəzalandıraraq 15 günlük cərimə kamerasına salınıb. Hələlik, özü ilə görüşə bilməmişəm. Çünki görüşə icazə verən məktubum ancaq Qobustan həbsxanası üçün nəzərdə tutulmuşdu. Qısa müddətdə bu məsələni həll edib, görüşməyə çalışacam. Amma hər bir halda, şəxs gələn kimi onun "karsa" salınması yolverilməzdi", – Yalçın İmanov bildirib.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar.

Buna da bax:​ Mövsüm Səmədov aclığı dayandırıb

M. Səmədov 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədovu 12 saylı cəzaçəkmə müəssisəsindən 2 ilini həbsxana rejimində keçirməsi üçün Qobustana köçürüblər. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. Lakin bəzi məlumatlara görə, əsl səbəb Mövsüm Səmədovun məhbuslar arasında populyarlığının artması olub. Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi.

Buna da bax: Mövsüm Səmədov oruc tutduğuna görə cəzalandırılıb?

Bu ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

Partiya sədri cəzaçəkmə müəssisəsinə gələn kimi “karsa” salınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG