Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:03

ABŞ-da məscidlərə gələn məktublardan: 'Siz şər qüvvəsiniz, şərə tapınırsınız...'


ABŞ-da məscidlərə göndərilən hədə-qorxu məktublarından biri
ABŞ-da məscidlərə göndərilən hədə-qorxu məktublarından biri

Məktublarda yazılır ki, "Trump Hitlerin yəhudilərə etdiklərini siz müsəlmanların başına gətirəcək"

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) məlumatına görə, Kaliforniyadakı üç məscidə Adolf Hitlerin "yəhudilərə etdiklərini" Trump-ın müsəlmanların başına gətirəcəyi barədə hədə məktubları gəlib.

Buna da bax:​ Ağ Ev rəsmisi müsəlmanlara qadağanın dəyişdirildiyini deyir

Şeytanın övladları?

Əllə yazılmış məktublarda müsəlmanlar "Şeytanın övladları" adlandırılır. Məktublar Şimali Kaliforniyanın San-Xose və Cənubi Kaliforniyanın Long-Biç və Pomona şəhərlərindəki İslam mərkəzlərinə göndərilib. Məktublarda Trump “şəhərin yeni şerifi" adlandırılır və ölkənin müsəlman əhalisini yox etməklə onun "Amerikanı yenidən parladacağı" deyilir:

“Siz müsəlmanlar əclaf və əxlaqsız insanlarsınız. Sizin analarınız fahişə, atalarınız köpəkdir… Siz şər qüvvəsiniz, şərə tapınırsınız. Ancaq sizin də hesab verəcəyiniz gün gəldi".

Məktublarda daha sonra deyilir ki, müsəlmanların "çantalarını toplayaraq aradan çıxması ağıllı hərəkət olardı".

Buna da bax: Trump-ın çıxışları nifrət cinayətlərinin sayını kəskin yüksəldib

İlk belə məktub…

CAIR bildirir ki, ilk belə məktub San-Xosedəki “Evergreen” İslam Mərkəzinə gəlib. Cümə axşamı (noyabrın 24-də) mərkəzin imamı bu məktubu görüncə, hüquq mühafizə qurumlarına bildirib.

San-Xose polis departamentinin sözçüsü serjant Enrique Garcia "San Francisco Chronicle" qəzetinə bildirib ki, müstəntiqlər bu işi "nifrət zəminində baş vermiş insident" kimi nəzərdən keçirirlər.

Şənbə günü (noyabrın 26-da) isə CAIR Lonq-Biç və Pomonadakı İslam mərkəzlərinin də bənzər məktublar aldığını bildirib.

“Kaliforniyadakı məbədləri hədəfə alan nifrət kampaniyası dini təzyiq aktı kimi araşdırılmalıdır. Dövlətimizin rəhbərləri belə insidentlərə yol açan, artmaqda olan antimüsəlman fanatizminə qarşı çıxmalıdırlar", - CAIR-in Los Ancelesdəki ofisinin icraçı direktoru Hussam Ayloush belə deyib.

Buna da bax:​ Müsəlmanlar işdən dinlərinə görə qovulduqlarını iddia edirlər

Daha yaxşı yol istəyən amerikalılar?

"Daha yaxşı yol istəyən amerikalılar" imzası daşıyan məktubun sonunda “yaşasın prezident Trump və Tanrı ABŞ-ı qorusun" sözləri yazılıb.

San-Xosedəki İslam mərkəzi idarə heyətinin sədri Faisal Yazadi isə məktubu göndərənin müsəlman icması ilə söhbətləşməyə cəhd göstərəcəyinə ümid edir.

“Bizim qapılarımız heç vaxt bağlı olmur. O şəxsin dialoq qurmaqdan xoşbəxt olacağımızı bildiyini sanıram. Ümid edirəm biz ondan bir-iki şey öyrənərik, o da bizdən", - Yazadi "Chronicle"a bildirib.

Buna da bax:​ Müsəlman komediya aktyoru Trump-a qarşı

Bu ay FTB bildirib ki, ötən il ABŞ müsəlmanlarına qarşı nifrət cinayətlərinin sayı 2001-ci ilin 11 sentyabrından bəri rekord həddə yüksəlib.

Hüquq mühafizə agentlikləri 2015-ci ildə ölkədə müsəlmanlarla 257 insidentin olduğunu bildirir. FTB-nin məlumatına görə, bu, 2014-cü ilə nisbətən 67 faiz çox insident deməkdir.

Ötən il ABŞ-da törədilən nifrət cinayətlərinin toplam sayı 2014-cü ilə nisbətən 6,7 faiz artıb. FTB-nin məlumatına görə, qaradərili və yəhudilərlə insidentlərin də sayı, müvafiq olaraq, 7,6 və 9 faiz çoxalıb.

CAIR sözçüsü Ibrahim Hooper "The Washington Post"a bildirib ki, bütün bunların səbəbini prezident seçkiləri kampaniyası zamanı istifadə edilmiş antimüsəlman ritorikasında axtarmaq lazımdır.

Buna da bax:​ Orhan Pamuk: Hələ də inanıram ki, İslamla demokratiya yoldaş ola bilər

Mühacirlər, afroamerikalılar və müsəlmanlar hədəfdə

CAIR milli ofisi bildirir ki, prezident seçkilərindən bəri müsəlmanları hədəf alan 100-dən çox insident qeydə alınıb. Cənub Yoxsulluq Hüquq mərkəzi (The Southern Poverty Law Center) adlı hüquq müdafiə qrupu isə təkcə 9-16 noyabr tarixləri arasında 700-dən artıq belə halın qeydə alındığına diqqət çəkir. Bu cinayətlərin bir çoxunun Trumpın adından istifadə edilərək törədildiyi görünür. Belə cinayətlərdə mühacirlər, afroamerikalılar və müsəlmanlar hədəf seçilirlər.

CAIR bu ay, azı, 8 ştatda FTB-nin seçki ərəfəsində “Al-Qaeda”nın mümkün hücum təhlükəsi barədə müsəlmanları sorğu-suala tutduğunu bildirib.

Buna da bax:​ Obamanın məscidə gəlməsinə müsəlmanların reaksiyası

“Bu, absurddur və təhqirdir”

CAIR-in Florida ofisinin icraçı direktoru, hüquqşünas Hassan Shibly "The Washington Post"a deyib ki, onun müştərilərinə ötən ay ABŞ-ın hücumları nəticəsində öldürülmüş “Al-Qaeda” liderlərini, yaxud daxildə və ya xaricdə amerikalılara zərər vermək istəyən hər hansı şəxsi tanıyıb-tanımadıqları barədə suallar verilib. Shibly sorğu-suala tutulanlar arasında həm gənc qrup liderinin, həm də zəngin həkimlərin olduğunu söyləyib:

“Bu ona bənzəyir ki, FTB xaricdən kiminsə abort klinikasını partlatmaqla hədələdiyinə görə mömin xristianların evlərinə gəlsin. Bu, absurddur və təhqirdir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG