Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

Özbəkistan Islam Karimov-la vidalaşır


Səmərqənd - 3 sentyabr 2016
Səmərqənd - 3 sentyabr 2016

Sentyabrın 3-də Özbəkistanda Islam Karimov-la vidalaşma mərasimi keçirilir. Rəsmilər onun sentyabrın 2-də öldüyünü açıqlayıblar.

Karimov-un cənazəsi doğulduğu Səmərqənd şəhərinə gətirilib.

Ölkədə üçgünlük matəm elan olunub.

Səmərqənddə mərhum prezidentin cənazəsini minlərlə sakin qarşılayıb. Vidalaşma mərasimi şəhərin mərkəzi meydanlarından birində düzənlənib.

Karimov şəhərin tarixi məzarlığında, valideynlərinin yanında dəfn olunacaq. Bu məzarlıqda son 20 ildə heç kim dəfn edilməyib, prezident üçün istisna hal yaradılıb.

Avqustun 27-də Karimov insult diaqnozu ilə yerləşdirilib. Onun ürəyi dayansa da, reanimasiyada ürəyin fəaliyyəti bərpa edilib, ancaq həkimlərin səyinə baxmayaraq, Karimov sentyabrın 2-də vəfat edib.

Islam Karimov-u Rusiyadan, Almaniyadan, Monako və Finlandiyadan gələn mütəxəssislər müalicə ediblər.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Özbəkistanın mərhum liderini mütəmadi insan haqlarını pozmaqda, ölkədə diktatura yaratmaqda ittiham edirdilər. O, pambıq yığımında uşaq əməyindən istifadə edilməsinə görə də tənqid hədəfi idi.

XS
SM
MD
LG