Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

Özbəkistanda 'minihəcc' – Kərimovun qəbrini ziyarət


Islam Karimov-un qəbri
Islam Karimov-un qəbri

Özbəkistanın keçmiş prezidenti Islam Karimov-un dəfnindən bir ay keçib. Bu gün Səmərqənd ölkənin hər yerindən Karimov-un qəbrini ziyarətə gələn turistlərlə doludur. Səmərqəndi ziyarət etməyin Özbəkistanda «minihəcc»ə bərabər olduğunu deyib zarafat edənlər də az deyil.

Islam Karimov-un sentyabrın 3-də Səmərqənddə keçirilmiş dəfn mərasimindən öncə şəhər başdan-ayağa təmizlənib və abadlaşdırılıb. Onun dəfninə minlərlə vətəndaş, hökumət nümayəndələri, diplomatlar və xarici dövlət başçıları gəlmişdi.

Buna da bax-Özbəklər Islam Karimov-la belə vidalaşdılar

Özbəklər İslam Karimovla belə vidalaşdılar
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

«PADŞAHIMIZIN QƏBRİNİ ZİYARƏT ETDİK»

Dəfndən bir ay keçsə də, insanlar hələ də ölkənin birinci prezidentinin qəbrini ziyarətə gəlirlər. Özbəkistanın hər yerindən Səmərqəndə axışan turistlərin çoxu, ilk növbədə, prezidentin qəbrini ziyarətə gəldiklərini deyirlər. Şəhər sakinləri belə sıxlığı Özbəkistanda ilk dəfə gördüklərini deyirlər. Qaşqadərya vilayəti və Fərqanə vadisindən xeyli turist gəlir. Ölkənin şimalındansa ziyarətə gələn, hələlik, azdır.

«Karimov-un qəbrini ziyarətə gəlmişik», - turistlərdən biri deyir.

«Yeddi müqəddəs yeri ziyarət etdik, əlbəttə ki, Karimov-un qəbrinə də baş çəkdik», - başqa bir turist belə söyləyir.

«Padşahımız Karimov-un qəbrini ziyarət etdik, indi də onun evinə tərəf gedirik», - turist qadın ağlaya-ağlaya danışır.

İ.Karimov-un qəbrini ziyarətə gələnlər.
İ.Karimov-un qəbrini ziyarətə gələnlər.

EVİNƏ DƏ BAŞ ÇƏKİRLƏR

Gələn ziyarətçilərin çoxu, ilk növbədə, Karimov-un qəbrinə baş çəkir, daha sonra onun doğulduğu evə tərəf gedir. Karimov-un doğulduğu ev Səmərqəndin mərkəzindəki Bibixanım mədrəsəsinin arxasında, Bibixanım, 124 ünvanında yerləşir.

Müsəlmanların dəfn adətlərinə bu da daxildir: bir hörmətli şəxs öləndə dostları və tanışları mütləq onun qəbrini ziyarət edir, sonra isə evinə baş çəkirlər. Kişilər evə girmirlər, ancaq, bir qayda olaraq, kişilərdən kimsə evin yanında «Quran» oxuyur. Ölən adi adamdırsa, bu ayinlər yalnız matəm günlərində icra edilir. Karimov-un ölümündən bir ay keçsə də, Səmərqənddə hələ də bütün günü səsgücləndiricilərdən «Quran» oxuyan mollaların səsi eşidilir.

Ancaq Karimov-un qəbrinin yaxınlığında və evində şəkil çəkmək qadağandır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG