Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Putinin köməkçisi `İskander’ə haqq qazandırır


İskander M
İskander M

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva yaxın vaxtlarda Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı böyük nikbinlik keçirmir.

Y.Uşakov ölkəsinin Yerevan və Bakı ilə işi davam etdirəcəyini bildirib.

“Deməzdim ki, biz bu münaqişənin yaxın vaxtlarda nizamlanması ilə bağlı böyük nikbinlik keçiririk. Ancaq Bakı və Yerevanla işimizi davam etdirəcəyik”, Uşakov bildirib.

Buna da bax:​ Berlin də Bakı kimi İskanderin ‘nişangahına gəldi’

Rusiya prezidentinin köməkçisi danışıqların təfərrüatına varmayaraq deyib ki, çoxlu variantlar və təkliflər müzakirə olunur.

“Ancaq hələlik bir daha təkrar edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, - o əlavə edib.

O, Rusiyanın Ermənistana silah göndərməsinin səbəblərinə dair sualı da cavablandırıb.

Y.Uşakov deyib ki, Rusiya Ermənistanın müttəfiqidir və tərəfdaşları ilə razılıq əldə etdiyi silahları onlara göndərə bilər.

Buna da bax:​ 'İskander'ə qarşı Bakının 'sehrli çubuq'u

“Məncə, burada heç kim , o cümlədən azərbaycanlı tərəfdaşlar üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi, Azərbaycana da silah göndərilir”, - o vurğulayıb.

Bir müddət öncə Reguum.ru agentliyi Ermənistanın Rusiyadan «İskander» zenit kompleksləri aldığı haqda informasiyalar yayıb. Beləliklə, Rusiyadan sonra bu kompleksə malik olan ikinci ölkənin Ermənistan olduğu deyilir. Raketlərin Ermənistana Rusiya ilə birgə hava hücumundan müdafiə sistemi çərçivəsində verildiyi bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG