Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Ermənistan paraddakı "İskander"lərin ona məxsus olduğunu təsdiqlədi


Ermənistanın Müdafiə Nazirliyi sentyabrın 21-də Yerevanda keçirilən hərbi paradda nümayiş etdirilən "İskander" raket komplekslərinin ona məxsus olduğunu təsdiqləyib.

Buna da bax: Hərbi ekspert: 'Biz Bakıdan, Gəncədən, Mingəçevirdən muğayat olmalıyıq'

Azad Avropa və Azadlıq Radiosunun Ermənistan xidmətinin əməkdaşı "İskander"lərin Ermənistana məxsus olub-olmaması ilə bağlı sualı nazirliyin mətbuat katibi Arcrun Hovhannisyan-a ünvanlayıb. O, cavabında bildirib ki, hərbi paradda nə nümayiş etdirilibsə, hamısı Ermənistan ordusuna məxsusdur.

Ermənistan prezidenti Serj Sarkisyan isə hərbi paraddakı çıxışında bu ilin aprelində Qarabağda baş verən döyüşləri uğur kimi təqdim edib.

Sarkisyan hərbi paradda

Sarkisyan hərbi paradda

"Aprel şirlərimizə eşq olsun! Onlar düşmənin planları alt-üst etdilər. Bir neçə ay əvvəl kəşfiyyatçı-pulemyotçu Sasun Mkrtçyanın məzarı başında hamının adından söz verdim ki, Sasun və onun yoldaşlarının müqəddəs işini davam etdirəcəyik, Artsax (erməni separatçıları Qarabağa belə ad qoyublar- red.) və Ermənistanın yeni nəslinin aprel döyüşlərində bizim yumruq kimi birləşməyimizə, düşmən tərəfindən gələn təhlükəyə hazır olmağımıza xidmət edən parlaq əməlini yaşadacağıq. Biz vədimizə əməl etdik. Bunun sübutu - bu paraddır!"​

Buna da bax: Ermənistan “İskander” raketindən Azərbaycana qarşı istifadə edəcək?

​Parad Ermənistanın öz müstəqilliyini elan etməsinin 25 illiyi münasibətilə keçirilib.

Hərbi paraddan foto

Hərbi paraddan foto

Azad Avropa və Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir ki, paradda erməni hərbçiləri ilə yanaşı Gümridə yerləşən 102-ci rus hərbi bazasının nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan aprel döyüşlərini öz qələbəsi sayır. Həmin döyüşlərdə Azərbaycan tərəfinin bildirməsinə görə, 2000, erməni tərəfinin etiraf etdiyinə görə, 800 hektar ərazi Azərbaycan ordusunun nəzarətinə keçib.

Buna da bax: İlham Əliyev «Zərbə» dronlarının təqdimatında- [fotolar]

Azərbaycanda bəzi ekspertlər ilk olaraq hərbi paradın hazırlığı zamanı görüntüsü yayınlanmış "İskander" raketlərinin əslində Rusiyaya məxsus ola biləcəyini demişdilər.

"İskander" Rusiya istehsalıdır. 500 kilometrədək (eksport versiyasında 300 km-ə qədər) məsafədəki hədəfləri vura bilir.

Ermənistanın öyündüyü "İskander" raketi hansı hədəfləri vura bilər?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG