Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:37

►“Borc mülkiyyətçinin adına yazılır. Biz necə müəyyən edə bilərik ki, o mülkiyyətçi sağdır, yoxsa ölüb? Mülkiyyətçi vəfat edibsə, sənədlər digər ailə üzvünün adına keçirilməlidir”

“Adam 11 il əvvəl ölüb, ancaq 3 il əvvələ görə işıqpuluna 810 manat borc yazıb göndəriblər”.

Suraxanı sakini Əntiqə Musayeva işıq idarəsindən qapısına gələn bildirişi görəndə yerindəcə donub.

Bildirişdə göstərilib ki, Musayev Musa 3 gün ərzində 810 manat borcu ödəməsə, işığını kəsəcəklər. Əntiqə Musayeva isə deyir, həyat yoldaşının “işığı” hələ 11 il əvvəl kəsilib – ağır xəstəlikdən vəfat edib:

“İşıq idarəsinə getmişəm, deyirəm, “bu adam rəhmətə gedib. Mən də son aylara qədər işıqpulunu ödəmişəm. Bizim 3 il əvvəl borcumuz olmayıb. Bu kişi bu işığı o dünyada yandırıb? Ələ salmısız bizi?” Deyirlər, “borc kompüterə düşüb, ərin ölüb, özün ödə””.

Əntiqə Musayeva deyir, təkcə işıqpulu deyil, hətta 11 il əvvəl əbədi itirdiyi həyat yoldaşını vaxtaşırı seçkilərə də çağırırlar: “Bələdiyyə seçkisinə adına bildiriş gəlmişdi. Keçən il də prezident seçkilərinə çağırmışdılar”.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

SƏNƏDLƏR DƏYİŞMƏLİDİR

Suraxanı rayon işıq idarəsindən bildiriblər ki, heç bir abonentə istifadə etmədiyi elektrik enerjisinə görə borc yazıla bilməz: “Narazı abonent “Azərişıq” ASC-nin müvafiq şöbəsinə müraciət etsin, kodunu təqdim etsin, araşdırılsın. Ölən şəxsin adına borc yazılmasına gəlincə, borc mülkiyyətçinin adına yazılır. Biz necə müəyyən edə bilərik ki, o mülkiyyətçi sağdır, yoxsa ölüb? Mülkiyyətçi vəfat edibsə, sənədlər digər ailə üzvünün adına keçirilməlidir”.

Hüquqşünas Namizəd Səfərov deyir, mülkiyyətçi vəfat edibsə, ailə üzvləri “ASAN xidmət”ə yaxınlaşıb abonent kodunu ev sahiblərindən birinin adına keçirməlidilər:

“Çox sadə bir məsələdir. Vətəndaşın bir neçə dəqiqəsini alacaq. Öz sənədlərini, mənzilin sənədlərini və mülkiyyətçinin ölüm kağızını təqdim edəcəklər, kod bir addan başqasının adına keçiriləcək. Təkcə işığa görə yox, qaza, suya, telefona, başqa kommunal məsələlərə görə də kodlar eyni qaydada bir addan başqa ada keçirilir”.

Buna da bax: Sumqayıtlılar torpaqlarının əllərindən alındıqlarını deyir

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG