Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:28

-

Bakıda 8 yaşlı uşağın girov götürüldüyü bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, həmin uşağı girov götürdüyü ehtimal olunan şəxs özünü İŞİD üzvü kimi təqdim edib.

«Sabunçu rayonu ərazisindəki Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmadığını bildirib. Aparılmış araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürdüyünü bildirməsi məlum olub»,-deyə məlumatda qeyd edilir.

Mətbuat xidmətinin bildirməsinə görə, həmin şəxs uşağın azad edilməsi əvəzində 30 min manat pul istəyib. Polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağı ilə bağlı uşağın atasını da hədələyib.

«Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub. Şəhərciyin ərazisində yerləşən 2-mərtəbəli yarımçıq tiklidə, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır», - məlumatda bildirilir.

Elnur Məmmədov və ya vəkilinin bu ittihamlara münasibəti, hələlik, bəlli deyil.

Azərbaycanda əvvəllər də uşaq oğurluqları ilə bağlı xəbərlər yayılıb. Ancaq birinci dəfədir ki, Azərbaycanda belə məsələlərdə İŞİD-in adı hallanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG