Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:50

-

Ukrayna Krımın işığını kəsib və şərt qoyub ki, elektrik enerjisi istəyirsinizsə, gəlin müqavilə bağlayaq, amma orda bir bənd olacaq: Krım Ukraynanın tərkib hissəsidir.

Rusiyanın ilhaq etdiyi Krım yarımadasında yaşayanlar indi dilemma qarşısında qalıblar. Qaranlıqda qalsınlar, yoxsa özlərinə lider saydıqları Rusiya prezidenti Vladimir Putindən keçsinlər.

Putin Krımı Rusiya ərazisinə qatıb. Amma krımlılar su, işıq məsələsində Ukraynadan asılı qalmaqda davam edirlər. Rusiyanın Krımla quru sərhədi yoxdur.

Oraya təchizat dəniz yoluyla gerçəkləşdirilir.

Putin də krımlılara təklif edir. Referendum keçirin. Qoy camaat özü seçsin, "Krım Ukraynanın tərkib hissəsidir" yazılan müqavilənin imzalanmasını istəyirlərmi?

Krımın ilhaqına görə Qərb ölkələri Rusiyaya ağır sanksiyalar qoyublar. Amma Putin Krımdan imtina etmir.

Həmçinin bax: Krımın qışı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG