Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:49

İŞİD bayrağı altında 700 fransız, 500 türk döyüşür


İŞİD yaraqlıları
İŞİD yaraqlıları

Son bir ildə «İslam Dövləti2 (İŞİD) silahlı qruplaşmasının və ona rəğbət bəsləyənlərin törətdiyi terror hücumları Avropanı təlaşlandırıb. Amma bu hücumlar hələ Avropanın 1970-ci illərdə üzləşdiyi səviyyədə deyil. Bircə fərq ondadır ki, o zaman Avropada terrorçuluq dalğası daxili münaqişələrdən törəyirdisə, bugünkü hücumlar qitə xaricindən gəlir. Bu barədə «Project Syndicate» saytında Qlobal Terrorçuluq Məlumat Bazasına əsasən Omar Ashour yazır.

Müəllif vurğulayır ki, son hücumlar Yaxın Şərq və Şimali Afrikada devrilmiş diktatorların buraxdığı siyasi boşluqdan yaranıb. Bu səbəbdən Suriya, İraq, Liviya, yaxud Misirdə zorakılıqların, Tunis və Əlcəzairdə kövrək təhlükəsizlik durumunun sonu görünmədikcə, Avropadakı hücumların da tezliklə bitəcəyinə ümid azdır.

«Ən pisi odur ki, iyulda Türkiyədə bir neçə saatın içində 270 nəfərin ölümü, 1500 nəfərin yaralanmasıyla nəticələnmiş çevriliş cəhdindən sonra bu ölkə daha çox İŞİD-in hədəfinə gəlir. İŞİD problemli ölkələrdən yeni üzvlər cəlb etmək və hücumlar həyata keçirməkdən ötrü yararlanır. Məsələn, Suriya, İraq, Liviya və Misirdəki kimi rəsmi bölümünü yaradır, gizli şəbəkələri dəstəkləyir. Tunisdə və Türkiyədə də belə davranıb», - məqalədə vurğulanır.

20 MİN ÜZVÜN QİSASI

Müəllif yazır ki, üsyançılıq və terrorçuluq əl-ələ verib. Bir qruplaşma ərazi itirirsə, yaxud döyüşdə məğlub olursa, terrorçuluğa əl atır. İŞİD də İraq, Suriya və Liviyada geri çəkilməyə məcbur olduqca, Avropaya birbaşa hücumlar edir.

Buna da bax-Səudiyyə Ərəbistanında anti-İran əhvalı yüksəlir

«İŞİD-in bu yolla getməsinin bir neçə səbəbi var. İnanır ki, Avropada terror hücumları Qərbin onun ərazilərinə zərbələrini əngəlləyəcək. Həm də Qərb koalisiyası zərbələrinin qurbanı olmuş 20 min üzvünün qisasını almaq istəyir. Üstəlik, İŞİD antimüsəlman ədavətini qızışdırmağa çalışır, Avropa müsəlmanlarını Avropa cəmiyyətindən getdikcə daha çox ayırır və bu qitədə üzvlərinin sayını artırır. Eyni zamanda, Avropada dini və azlıq icmaları arasında narazılıq toxumu səpir – məsələn, sünni-şiə, sünni-ələvi qarşıdurmasını gücləndirir», - müəllif yazır.

Yazıda vurğulanır ki, İŞİD-in terrorçuluqdan istifadə hədəfləri yeni olmasa da, hücumları həyata keçirməyə potensialı yenilənir. Məsələn, 2014-cü ildən ağır zərbələrə məruz qalmasına baxmayaraq, Avropada terror əməliyyatlarını gerçəkləşdirə bilib, çünki 5 mindən çox avropalını sıralarına cəlb edib, onlar Suriyadakı döyüşlərə qoşulublar.

İŞİD üzvü, dörd yaşlı qız, bir də müğənni...

İŞİD üzvü, dörd yaşlı qız, bir də müğənni...
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

500-DƏK XARİCİ ƏMƏLİYYATÇI

İŞİD-dən təlim alıb ölkəsinə qayıdan avropalıların dəqiq sayı bəlli deyil. 2015-ci ilin noyabrında Parisdəki hücumlara rəhbərlik etmiş Abdelhamid Abaaoud iddia edirdi ki, İŞİD-in Avropada təlim görmüş 90 terrorçusundan biridir. İŞİD-in xarici əməliyyatlardan ötrü 400-500 döyüşçüyə təlim keçdiyi bildirilir.

Buna da bax-İŞİD uşaqları necə səfərbər edir

Müəllif diqqəti bu qruplaşmanın daha çox Fransa və Türkiyəni vurmasına çəkir. Fransada terror hücumlarında 230 nəfər ölüb və 700 yaralanıb, Türkiyədə isə 220 nəfər ölüb və 900 nəfər yaralanıb. Səbəb bu iki ölkədən İraq və Suriyada daha çox yaraqlının döyüşməsidir. İŞİD bayrağı altında 700 fransız, 500 türk döyüşür.

Bəs niyə İŞİD Fransa və Türkiyəyə daha çox diqqət ayırır? Müəllif qeyd edir ki, Fransadakı ictimai və siyasi dünyəviliyə fransızdilli cəmiyyətlərdə sıxışdırılan sünni müsəlmanların münasibəti mənfidir. Bu arqument onları radikallaşdırır və ekstremistlərə qoşulmalarını asanlaşdırır.

«BİRLƏŞMƏK VAXTIDIR»

Başqa səbəblər də var. Fransa 2003-cü ildə İraq müharibəsinə qarşı çıxıb, Liviya diktaturasına qarşı hərbi müdaxilə edib, müsəlman çoxluğun yaşadığı Malidə demokratiyanı xilas edib. Bu siyasət ümumilikdə Yaxın Şərqdə xoş qarşılansa da, İŞİD və tərəfdarları məsələlərə fərqli baxıblar.

Türkiyə isə müsəlman ölkələrindən ötrü cəlbedici alternativ rolunu oynayıb. Təsadüfi deyil ki, İŞİD rəsmi «Dabiq» jurnalının bir neçə nüsxəsini Türkiyə modelinə, ölkə prezidenti Recep Tayyip Erdoğan-a hücumlara həsr etmişdi.

Müəllif vurğulayır ki, Avropa demokratiyaları çoxbaşlı təhlükəsizlik problemlərinə qarşı dayanmaqdan ötrü vahid strategiya ətrafında birləşməlidirlər. «Fransayla Türkiyə İŞİD-in hədəfindədirlər, amma tək deyillər. Bu vahid mövqedə olmalarını nəzərə alaraq, iki ölkə diplomatları birlikdə işləməlidirlər. Daha artıq gərginlik strateji əməkdaşlıq potensialına zərbə vurar. Birləşmək vaxtıdır», - müəllif yazır.

Qeyd edək ki, Türkiyədə çevriliş cəhdindən sonra orduda, dövlət qulluğunda aparılan təmizləmə əməliyyatı, həbslər Ankarayla Qərbin münasibətlərini gərginləşdirib.

XS
SM
MD
LG