Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:56

►Belarus əsilli "İŞİD yaraqlıları" Brüssel hücumlarında iştirak etdiklərini inkar edirlər

Kremlmeylli Lifenews saytının verdiyi məlumata görə, Rusiya Belçika rəsmilərinə bildirib ki, Belarusdan olan üç İŞİD silahlısı Brüsseldəki hücumlarda iştirak etmiş ola bilər. Lifenews bildirib ki, məlumatı ölkənin xüsusi xidmətlərinə yaxın mənbədən alıb

Xəbər saytı yazır ki, Belarusda doğulmuş iki qardaş, Ivan və Alexei Doubash fevralın sonunda Marat Yanusov adlı həmvətənləri ilə birlikdə Belçikaya gedib.

"Məlum olub ki, əvvəlcə qardaşlardan böyüyü olan 27 yaşlı Alexei İslamı qəbul edib və radikallarla ünsiyyətdə olmağa başlayıb. Böyük qardaşının təsirinə məruz qalan 23 yaşlı Ivan da radikal hərəkatlarla maraqlanmağa başlayıb," deyə LifeNews mənbədən sitat gətirib.

Məlumatda deyilir ki, qardaşlar Suriyada terrorçu bölüyünə qoşulublar. Orada hərbi təlim alandan sonra Avropa Birliyinə gediblər.

Belarus rəsmiləri ittihamlara tez cavab veriblər. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sözçüsü Dzimity Pabyarzhyn yalnız Doubash qardaşlarının doğrudan da Belarusda anadan olduğunu təsdiq edib.

"Onlar belarusdurlar və DTK onların mövcudlyğundan xəbərdardır," deyə Pabyarzhyn bildirib. Mətbuat katibi əlavə edib ki, "komitə onların terrorçu fəaliyyətdə iştirakı ilə bağlı yoxlamalar aparır". Pabyarzhyn qardaşların Brüsseldə törədilmiş terror hücumlarında iştirakı barədə xəbərlərə şərh verməyib.

Brüsseldəki partlayışdan fotolar

Azadlıq Radiosunun Belarus xidməti vKontakte sosial şəbəkəsində "Suleiman Doubash" adlı bir şəxslə əlaqə saxlayaraq məsələyə münasibət bildirməsini xahiş edib. O, Belarus adının Ivan olduğunu təsdiq edib. O, cavabında yazıb:

"Bu məqalələr sarı jurnalistikanın təzahürü və miskin jurnalistlərin növbəti balaca "ulduzu" tapmaq cəhdidir. Birinci məqalə martın 14-də çıxmışdı. Orada bizi intihar bombaçısı kimi qələmə veriblər. Amma polis heç bizi tapmağa çalışmadı da. Heç kim zəng də vurmadı. Bu sizə qəribə gəlmir? Xüsusi xidmətlərin verdiyi məlumat yoxlanılıb. Bundan başqa, polis üçün bizim, ümumiyyətlə, nə vaxtsa Suriyaya gedib-getmədiyimizi müəyyən etmək çətin deyil. Biz xüsusi xidmətlərdən izahat istədik. Onlar bizə dedilər ki, bu ittihamlar barədə heç nə bilmirlər və bizə qarşı heç bir iddiaları yoxdur. Ən vacibi isə odur ki, əgər biz intihar hücumçusuyuqsa, onda biz niyə hələ də sağıq? Və əgər biz terrorçu idiksə onda niyə bizi həbs etməyiblər?"

Belçika Brüsselin Zaventem hava limanında və Brüssel metrosunda törədilmiş hücumlardan sonra təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG