Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:24

Mosulda iki günə 300-ə yaxın kişi qətlə yetirilib


İŞİD döyüşçüsü Mosulda – 2014

İŞİD döyüşçüsü Mosulda – 2014

Iraqın Mosul şəhərində özünü İslam Dövləti adlandıran qrup 284 kişi və oğlan uşağını öldürüb. Qətl bu həftənin 4-cü və 5-ci günü aparılıb.

CNN-ə adının çəkilməsini istəməyən mənbə bildirib ki, uşaqlar daxil bütün qətlə yetirilənlər güllələnib.

İD yaraqlıları kütləvi qətlə yetirilənlərin dəfni üçün buldozerdən istifadə edib.

CNN bildirir ki, bu məlumatı müstəqil mənbələrdən dəqiqləşdirə bilməyib.

BMT-nin məlumatına görə, İD-in işğal etdiyi Mosul və ətrafındakı kəndlərdə 550 ailə qalıb və onlar hökumət qoşunları ilə mübarizədə yerli əhalidən “canlı sədd” kimi istifadə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG