Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

►Keçmiş işadamları: “Arxaları möhkəm olan şirkətlər aldıqları xammalın pullarını vaxtında ödəsəydilər, indi burada oturmazdıq”

Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı bir məhkəmə prosesi keçirilir. Müttəhimlər kürsüsünü “İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyevlə “Meridian Company” MMC-nin təsisçisi və direktoru Rauf Kərimov bölüşür.

Hər iki şirkətin sahibi əlbir olaraq müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı üst-üstə 45 milyon manatlıq dələduzluq etməkdə ittiham olunurlar. İttihama görə, sahibkarlar müxtəlif adlarda şirkətlər yaradıblar. Həmin şirkətlərin adına bankdan hissə-hissə kreditlər götürüblər, şəxsi məqsədlərinə xərcləyiblər.

Hər iki sahibkar ötən il “Bank Technique” ASC-nin Baş Prokurorluğa şikayətindən sonra həbs olunub.

Sahibkarlarsa ittihamları qəbul etmirlər.

16 MİLYON BORCU OLUB, 25 MİLYON KREDİT GÖTÜRÜB

Cavidan Hacıyev ifadəsində göstərib ki, Rauf Kərimovla 2008-ci ildə tanış olub. İkisi də Azərbaycana sement hazırlanması üçün xammal gətirməklə məşğul olublar.

Qərara alıblar ki, bu işi birlikdə görsünlər. 2008-ci ildə “Texnikabank”a 16 milyon borcu olub. Həmin ildə sement istehsalı üçün sonradan yaratdığı şirkətlərin adına “Texnikabank”dan daha 25 milyon manat həcmində kredit götürüb.

____________________________________________________________

Bunlara da bax:
Baba Rauf Mirqədirova anası hələ də "uşağım" deyir
Azərbaycanın ilk müdafiə nazirinin məzarı tapıldı

_____________________________________________________________

Təqsirləndirilən şəxsin ifadəsindən:

“Sahibkarlığı həyata keçirmək üçün müxtəlif MMC-lər təsis etmişdim. Onlar mənim təşəbbüsümlə yaradılsa da, yalnız “İnteralyans” MMC-nin təsisçisi özüm idim. Digər MMC-lər isə İlqar Abbasov və Baba Babayevin adlarına sənədləşdirilmişdi. “Qarant Ko” MMC-nin təsisçisi əvvəllər Rauf Kərimov olsa da, sonradan şirkəti özüm aldım. Rauf Kərimovu 2008-ci ildə Nurəhməd Əhmədovun vasitəsilə tanımışam. O, Raufu yanıma gətirib dedi ki, sement alqı-satqısı ilə məşğul olur, bizdən sement almaq istəyir. Ondan sementi kimə və hara satacağını soruşanda dedi ki, “Akkord” ASC ilə işləyir. Həmin şirkətin bizə 3 milyon manatdan çox borcunun olduğunu, onlara sement verilişinin dayandırıldığını bildirdim. Rauf böyük adamlarla işlədiyini, onlara sement veriləcəyi təqdirdə pulun ödəniləcəyini deyirdi. Bu söhbətlər qış aylarında olmuşdu. Həmin vaxt anbarda 30 min tondan çox sement var idi. Raufa inandım və “Akkord” şirkətinə sement verməyə başladım. Alınan sementin pulu və köhnə borcun bir hissəsi ödənildi. Amma sonradan ödəmə aparılmadığına görə malın verilişi dayandırıldı. Rauf bunun səbəbini soruşanda borc çoxaldığına görə malın verilişinin dayandırıldığını dedim. Həmin ərəfədə Rauf kredit götürməyi təklif etdi. “Bakı” mehmanxanası da daxil olmaqla, bir neçə irihəcmli girovlar qoymuşduq”.

“BİR DƏRİN QUYU İDİ”

Beləcə, tikinti ilə məşğul olan və arxası məmurlara bağlanan müxtəlif şirkətlərin onlara olan borcu ləngiyir, iş adamları da işi dayandırmamaq üçün əlavə borclanmalı olurlar:

“Gətirdiyimiz xammalı satsaq da, şirkətlərin borcu qaldığına görə banka krediti ödəyə bilmirdik. Mən kənara pul xərcləməmişəm. Ümid edə-edə ki, borclar bu gün verilər, sabah verilər... Axırda da verilmədi, mən də qaldım ortada. Məcbur oldum, təzədən banka kreditə girdim. Bir sözlə, bir dərin quyu idi, çıxmaq istədikcə, aşağı çəkirdi”.

Sahibkar deyir, şirkətlər tərəfindən aldadıldığı bəs deyilmiş kimi, hazırda onunla eyni kürsüdə oturmuş keçmiş şəriki Rauf Kərimov onu aldadaraq pulun 13 milyon manatını şəxsi məqsədlərinə xərcləyib.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycandan Rusiyaya nota
“Prezident olsaydım, təhsil nazirini işdən çıxarardım”

_____________________________________________________________

“3 İLƏ 1 MİLYON 600 MİN QAYTARDIM”

Rauf Kərimov da ittihamları rədd edir. O, ifadəsində göstərib ki, bankdan götürülən kreditləri vaxtında ödəməməklərinin səbəbi onlardan xammal alan şirkətlərdən pulları yığa bilməmələri olub. Rauf Kərimova verilən ittihamlardan biri, tanışı Azər Əmiraslanovdan aldığı 1 milyon dolları mənimsəməsidir:

“Məsələn, işdə adı zərərçəkmiş kimi keçən Azər Əmiraslanovla biznes münasibətlərimiz olub. Azər mənə Moskvada 1 milyon dollar vermişdi. Mən 3 il ərzində ona 1 milyon 600 min dollar qaytardım. Yəni faizləri ilə birlikdə. Sonradan eşitdim ki, özü yox, anası gedib “Bandotdel”də ərizə yazıb. Məni də çağırdılar, Azəri də… Azər etiraf etdi ki, pullarını qəpiyinəcən qaytarmışam. Sadəcə ona təcili 1 milyon manat lazımdır. Ona görə də belə addım atıb”.

Deməsinə görə, müstəntiq onu aldadıb ki, ərizə varsa, mütləq cinayət işi başlanmalıdır. Ya da gərək Azər Əmiraslanova borcu olması barədə kağız yazsın ki, məsələ cinayət işi kontekstindən çıxsın, mülki işə çevrilsin, sonra da ləğv edilsin. O da yazıb və aldanıb:

“Həmin sənəddə guya Azərə 2 milyon 157 min 408 manat dollar borcumun olmasını qeyd etdim. Borcun etirafı ilə bağlı sənədi notarius elə idarədə təsdiq elədi. Azər Əmiraslanova borcum yoxdur. Həmin sənədi təzyiq altında məcbur qalıb imzalamışam”.

TÜRKİYƏDƏ DƏ ONLARI AXTARIRLAR

Mətbuatın yazdığına görə, hər iki iş adamı Türkiyədə Atif Fərmandalı, Hollandiya vətəndaşı Ronald Rudolfu və əslən türk olan Hollandiya vətəndaşı Ərcan Canı da aldadıblar. Yazılanlara görə, 2008-ci ildə A.Fərmandal və R.Rudolf ortaq biznes layihəsi tərtib edərək Bodrumda istirahət evləri tikməyi planlaşdırıblar.

Bodrumdakı ərazi Atif Fərmandalın olmaqla, burada tikiləcək evləri satmaq üçün avropalı müştəriləri tapmaq da Rudolfun üzərinə düşür. Layihə qocalar evi tipli 600 evin tikilməsini nəzərdə tutur. Şəriklər maliyyə çatışmazlığı üzündən əslən türk olan Hollandiya vətəndaşı Ərcan Can adlı işadamını da özlərinə şərik edirlər. Hər iki həmyerlimiz özlərini əcnəbi işadamlarına nəqliyyat nazirinin ortaqları və partnyorları kimi tanıdırlar və işə qoşulurlar. Beləcə, Bodrum təsisatının 77 faizlik payla əsas sahiblərinə çevrilirlər. Ancaq sonradan sement üçün xammalın nəqlində “fors-major” yaşandığını bəhanə edərək xarici işadamlarına milyonlarla ölçülən pulları qaytarmayıblar. Xarici işadamlarının şikayətləri əsasında Türkiyə dövləti tərəfindən hər ikisi barədə cinayət işi başlanaraq axtarışa veriliblər.

İş adamlarının məhkəməsi davam edir.

Buna da bax...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG