Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

'İsa Məsih superulduzdur' operası göstərilmədi


'İsa Məsih superulduzdur' operası

'İsa Məsih superulduzdur' operası

Sankt-Peterburqun «Rok-opera» teatrı Omsk şəhərində «İsa Məsih superulduzdur» tamaşasını göstərməyi planlaşdırırmış. Ancaq şəhərin pravoslav fəallarının yerli hökumətə müraciətindən sonra tamaşanın quruluşu dayandırılıb.

«Direktorun əmri ilə tamaşa baş tutmayacaq. Qərar hələ truppanın toplaşmasından öncə verilib. O, həmin tədbirin planlaşdırıldığını bilən kimi dərhal buna qarşı çıxdı», - deyə Omsk Dövlət Musiqi Teatrından bildiriblər.

«MÜQƏDDƏS MƏFHUMLARIN TAPDALANMASI»

«Ailə, sevgi, Vətən» ictimai hərəkatının fəalları Omsk hökumətinə müraciət edərək, tamaşanın göstərilməsini yasaqlamağı xahiş ediblər. Hərəkat iştirakçılarının sözlərinə görə, «İsa Məsih superulduzdur» tamaşası «fasiləsiz küfr və müqəddəs məfhumların tapdalanmasıdır». Onlar iddia edirlər ki, tamaşada dini inanca qarşı istehza və müqəddəs obrazlara həqarət var. Onların sözlərinə görə, tamaşanın hətta adı belə «müqəddəs məfhumların məsxərəyə qoyulmasıdır».

Fəallar tamaşanın 4 noyabr - Milli Birlik Günü ərəfəsində göstərilməsini xüsusi təhlükə kimi dəyərləndiriblər.

Oktyabrın əvvəlində Ulyanovsk vilayətində də pravoslav fəallar bu tamaşanın səhnəyə qoyuluşunu əngəlləməyə çalışıblar. Ancaq vilayətin Mədəniyyət Nazirliyi rok operasını qadağan etməyib.

OPERANIN TARİXİNDƏN

1970-ci ildə Andrew Webber və Tim Rice-ın yazdığı rok operasının süjeti «İncil»dən götürülüb. 1971-ci ildə o, ilk dəfə Brodveydə səhnəyə qoyulub.

1970-ci ildə çıxmış «Jesus Christ Superstar» albomunda əsas partiyanı məşhur «Deep Purple» qrupunun solisti Ian Gillan ifa edib.

1973-cü ildə kanadalı rejissor Norman Jewison rok operası əsasında eyniadlı film çəkib.

2015-ci il fevralın 24-də Richard Wagner-in «Tannhäuser» operasının tamaşaya qoyulmasına görə Novosibirsk Opera Teatrının direktoru Boris Mezdrich və rejissor Timofey Kulyabin-ə qarşı inzibati iş qaldırılıb. Mədəniyyət xadimləri İnzibati Xətalar Məcəlləsinin «dini və ruhani ədəbiyyatın və dini sitayiş predmetlərinin bilərəkdən ictimai şəkildə təhqir edilməsi» maddəsi ilə ittiham olunublar.

Teatrın direktoru işdən kənarlaşdırılıb. Rusiyanın mədəniyyət naziri Vladimir Medinsky onun yerinə meyvə ixracatçısı və Peterburqun Mixaylov Teatrının direktoru Vladimir Kekhman-ı təyin edib. «Tannhäuser» isə repertuardan yığışdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG