Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:30

‘Yığmanın darmadağın olacağını gözləmirdim...’


Azərbaycan yığması 4-0 hesabı ilə Şimali İrlandiya yığmasına uduzdu. Bununla da, qrupda ikinci olan Azərbaycan millisi üçüncü yerə düşdü. 2018-ci ilin Dünya Çempionatının seçmə oyunlarında bu dəfə məğlubiyyət gözlənilən olsa da, dörd qolu heç kim gözləmirdi, xüsusən də nəzərə alsaq ki, bu oyuna qədər yığma qrup oyunlarında məğlub olmamışdı.

“Futbol plyus” qəzetinin redaktoru Mahir Rüstəmli AzadlıqRadiosuna oyunu şərh edir:

Mahir Rüstəmli
Mahir Rüstəmli

Hesab oyuna görə idi. Düzü, məğlubiyyət gözləyirdim, amma minimal hesabla. Yığmanın darmadağın ediləcəyini gözləmirdim. Nəticə gözlənilməz idi. Əvvəlki uğurlara görə baş məşqçi Robert Prosineçkini tərifləyirdiksə, bu uğursuzluğa görə də, məhz onu tənqid etməliyik. Eksperimentlərlə zəngin və uğursuz oyun qurmuşdu. Bu da belə acı məğlubiyyətə gətirdi. Xüsusən ilk yarıda komandamız meydanda yox idi, buna görə birinci hissədə yığmamız 2-0 uduzdu. Prosineçki standart vəziyyətlərdə olduqca inamlı təsir bağışlayan rəqibin məhz bundan yararlanmasına qarşı heç bir çarə tapa bilmədi. Bu da nəticədə özünü göstərdi.

Rəşad Sadıqovun yoxluğu da təsirini göstərdi deyə bilərikmi?

Həlledici amil olmadı, təbii ki. Müəyyən mənada hiss edildi. Hədsiz çox səhvlər var idi. Xüsusən müdafiədən hücuma çıxanda, bundan başqa, müdafiə olduqca inamsız görünürdü. Eyni zamanda, futbolçulıarda həddən artıq həyəcan hiss olunurdu. Bayaq dediyim standart vəziyyətlərdə, künc zərbələrində, qapı önünə atmalarda futbolçular bir-birinə qarışırdı, həyəcan duyulurdu. Bütün bunlar da böyük hesablı məğlubiyyəti şərtləndirdi.

Yəni siz əsasən məşqçinin günahkar sayırsız?

İlk növbədə məşqçinin səhvi idi. Heyət seçimiylə bağlı müəyyən iradlarım var və belə hesab edirəm ki, bu heyət heç də ideal deyildi. Əvəzetmələr də gecikmiş idi, Dmitriy Nazarovun, Ağabala Ramazanovun meydana çıxışı yubandı. Bu dəyişikliklərə daha əvvəldən getmək lazımıydı, bu qədər gözləmək gərək deyildi.

Mahir bəy, Azərbaycan yığması qrupda üçüncü oldu. Qarşıda Almaniya ilə oyun da var. Millinin şansı nə yerdədir?

Qrupda üçüncü olduq, bəli. əlbəttə ki, şans həmişə var...

Amma əmin deyilsiz, eləmi?

Düzü, bu oyun ümidlərimizin üstündən xətt çəkdi. Bu sarsıdıcı zərbə idi. Növbəti ilə qrupdakı yerimizi qoruyaraq, ikinci olaraq adlasaydıq daha yaxşı olardı. Amma bu nəticədən sonra Şimali İrlandiyanı özümüzdən irəli buraxdıq. 4-0 çox pis hesabdır, çox acı hesabdır. Bundan sonra yığmanın özünə gəlməsi çox çətin olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG