Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:37

'SƏBA' iki müəssisəsini bağladı


SƏBA məhsulları
SƏBA məhsulları

Dəvəçi broyler fabriki kimi tanınan «SƏBA» ASC səhmdarlarının qərarı ilə şirkətlər qrupuna daxil olan iki hüquqi şəxsin ləğvinə başlanıb. Söhbət «Abşeron Damazlıq» və «Bakı Fud Kompani» MMC-lərdən gedir.

«SƏBA»nın inkişafı üçün qurulsalar da...

Bu iki şirkət «SƏBA» ASC-ni irəlilətmək üçün qurulsa da, son nəticədə uğursuzluqdan yaxa qurtarmayıb: Abşeronda qurulan damazlıq təsərrüfatı broyler fabrikinin ehtiyaclarını ödəyə bilmədiyindən, 2 il əvvəl burada da broyler yetişdirməyə qərar verilib. «Al-Chicken» restoranı və «Səbalı» fastfud köşkləri də bazarda özünə yer tutmadığı üçün axırda bağlanmağa məcbur qalıblar.

Buna da bax:​ Böhran 'Səba' toyuqlarının 'belini qırıb'

Bu iki şirkət «SƏBA» ASC-ni irəlilətmək üçün qurulsa da, son nəticədə uğursuzluqdan yaxa qurtarmayıb.

Sözügedən şirkətlərin ləğvinin inzibati xərcləri azaltmaq məqsədi daşıdığını deyən «SƏBA» ASC-nin mətbuat katibi Afət Yaqubova onu da əlavə edib ki, şirkət damazlıq təsərrüfatı fikrindən tam əl çəkməyib və Abşerondakı istehsalat sahəsində təkrar qurula bilər. Fastfud köşklərini isə «SƏBA» brendiylə buraxılan məhsulları satan firma mağazaları əvəzləyib. Hazırda ölkə boyunca 60 belə mağaza var və ilin sonunadək onların sayını 100-ə çatdırmaq nəzərdə tutulur.

Son 2 ildə 4 milyon manat zərər var

Son iki ildə 86 milyon manatlıqdan çox məhsul satan «SƏBA» ASC bu dövrdə 4 milyon manat zərərə uğrayıb.

Son iki ildə 86 milyon manatlıqdan çox məhsul satan «SƏBA» ASC bu dövrdə 4 milyon manat zərərə uğrayıb.

«SƏBA» Şirkətlər Qrupuna kolbasa və sosiska istehsal edən «Dəvəçi Broyler Dərin Emal» MMC, kərəyağı və başqa süd məhsulları istehsalçısı «Biləsuvar Aqro» MMC, taxılçılıqla məşğul olan «Qarabağ Taxıl» və «Qarabağ Toxum» MMC-lər daxildir.

Buna da bax:​ Xaricdən damazlıq mal-qara gətirilməyəcək

«SƏBA» ASC səhmlərinin 25 faizi «Azərbaycan İnvestisiya Şirkəti» ASC-yə, 37,3 faizi «Baku İnvestment Company» MMC-yə, qalan 37,7 faizi fiziki şəxslərə məxsusdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG