Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:20

Güllə


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


İlqar Müəzzinzadə


GÜLLƏ


Bir an öncə yoldaşı ayağa durmuşdu. Bir addım geriyə, bir addım önə. Valaylı-valaylı. Çətinliklə başmaqlarını götürüb önünə atdı. Başmağının dalını dabaniyla qatlayıb tələsik dərəyə sarı endi. İşəməyə enirdi elə bil. Yürüdüm. Bu birisilə işim varıdı. Başının üstündə dayanmışdım. Palazın üzərində uzanmışdı, lül kefli. Külək vodkanı aşırmışdı. Bəlkə də mənim ayağım palaza ilişəndə aşmışdı. "İbiqəndi" satan vodkalardan idı.

Əl atıb yerə dağılmadan qaldırıb daşa dayadım. Dizim xırda qablı qatığa batmışdı. Qatıqlı çips qırıntılarını dizimdən silib, şalvarımı palazın bucağıla təmizlədim.

Belimdən qayışımın arxasındakı tapançanı əlimə aldım. Bir an dərəyə enən kişinin fikri beynimə sıçradı. Üç addım qabağa irəliləyib dərəyə sarı boylandım. Məndən qabaq, hülü dənəsi boyda bir daş dığırlanıb dərəyə herlənmişdi. Daş dığırlanıb aşağı düşərkən qursağım sancdı. Hürkəndə qursağım sancardı.

Yoldaşı daşın böyründə yerə sərilmişdi. Başını aşağı salıb çənəsini sinəsinə yapışdırmışdı, uyuyaraq.

Biraz öncə dərəyə sarı enən kişi yuxarı qalxmadan işi yerinə qoymalıydım. Bir daha dərəyə sarı boylandım. Dərəyə enən kişi, yarısı islanmış yumuru yekə bir daşın böyründə uzanmışdı və daşın ətəyindən yaş bir cızıq sıldırıma sarı süzülməkdə idi. Südüyü özündən də sərxüş idi, torpağın üzərində sankı kefli bir qarışqa qoşunu yürüyürdü.

Bizim "qulam" kimi uzanmışdı. Qulam da bir istəkan artıq içəndə belə uyurdu. Kərim Talver[1], Behruz[2], Oğrü Qulam[3] və Tarıverdi[4]. Hərdən Oğru Qulam gilin bağında içməyimiz yadıma düşdü. Qulam bu öykünü oxuyursa yəqin küsməlidir. Polislərə izləm verdiyimə və ləqəbini yazdığma görə. Anlamır! çox danışsa Kərim Talverə deyərəm elə vurar ki başı qarpız kimi açılar. Qollarını çırmalayıb talverini götürəndə "Cəmşid Haşımpur"[5]un "düşərgədən uçuş"[6]una bənzəyir. Köhnə bir garajda qolları çırmalı keçib otuz nəfər boynu yoğunu qırıb çıxar. Heç of da deməz, burnu da qanamaz, tam hind filimləri kimi. Amma həməşə subay qalacağınada gövənr və sondada evlənməz, tam iran filimlərinin tərsinə olaraq. Bu öykünün sonunda da evlənməyəcək, nə mən, nə də o.

Geri qayıtdım. Ovcumdakı gülləni beyninin hansı bölümündə yerləşdirmək fikrindəydim. Başı, təzə kürədən çıxmiş qıp-qırmızı bir Boranı kimi pörtmüşdü. Əlimi yandırırdı. Gülləni başının harasında yerləşdirməyi incələyirdim. Öncə görmə orqanları işdən düşməlidi; yox, danışıq bölümündə dilə fərman verən orqan. Yaddaş bölümü ya da cinsəl hormonlar törənən yeri...

Balaca bir toz dərədən yuxarı qalxdı. Başı yerə quyub neçə atdım geridə olan böyük daşın arxasına qaçdım. Yuldaşı dörd əl-ayaqlı dərədən yuxarı qalxırdı. Eləbil ürəyi qalxmış dərə, kişini qusmaqdaydı. Dizləri yaş qara şalvarı toz-torpağa bulanmışdı.
Fürsəti əldən vermişdim. Əlimədəki gülləni sıxırdım. Tərlənmiş güllə ovcumu qıdıqladı. Darıxma yoldaş! Alın yazımızı paylaşacam. Güllə məndən gövdə səndən. Polislərin də əlindən dincəlim deyə, bu yasaq gülləni hər halda bir yerində gizlətməliyəm. Beynin, ürəyin, gözlərinin giləsi. Sonra, təbiblər açıb götürəcəklər; bir kasa isti qan badəsində kefli gülləni, pənsə ilə tam incə və yumuşaq, siqara qutusu boyda bir naylona qoyulacaq və əkbərli xiyabanındakı "cinayət işləri mərkəzi"ndə təqdim olacaq. İthaf olarkən bu möhtəşəm güllə, sənin nəfəslərinin üstündə, işarə barmağımla tətikin mərcləşməsində tikə-tikə cırıq varlığını tətikə utuzacaqdır barmağım səni...

Güllə yalnız qulaq asır, heç dinməyirdi. Ömründə yalnız bir dönə qışqıracaqdı.

Tapançanın lüləsindən doğulub, qan gölündə boğulan çağ.

Küləkli havada dərəyə enən kişinin uca səsi qulağıma doldu. Palaz üstə uzananın qırmızı başını şillələyib çağırırdı:

- Musa...Musa...Musa dəbərmirdi. Gözlərim bərəldi. Boynum biraz irəliləyib, səsə doğru şəkləndim. Başına bir kola qabı dolu su tökdü. Alnıma soyuq tər oturdu. Alkaqol onu öldürürsə, gülləni öz beynimə taxardım. Qıvraqca şəhərə sarı, kərim talver avtomobilini saxladığı yerə yürüdum. Avtomobilə istart vurarkən sorğulu gözlərlə üzümə baxdı:

- Neyliyə bildin?

- Heç nə, dayan döz diyəcəm.

- Sür köşkə; dedim

Nədənsə mobaylımla şəhər içi telfonlara zəng aça bilmirdim. Telfon köşkünə keçib, Urjansı yığdım. Beş on dəyqə sonra, Ambulansın ulaması çöllüyə yayılaraq, Musanı götürmüşdülər... "Kərim Talver" sinirlənmişdi və sükana yumuruq vurub məni danlayırdı:

- Işi qurtar görək di, çox yubadısan. Əlindən gəlmirda qardaş, sənə gör haçan dedim?
Tapşır mən qurtarım daaaaaa.

- Hösələm yoxdu kərim! Bəsdi daha. Dedim.

***

Kabuslar hərdən məni çox incidirdi. Yuxudan tərsə durmuşdum. Doktor demişdi pis yatırsan. əyri yatıb düz yuxlayırdım, toxtayırdım. Amma kabuslarım heç zaman toxtamırdı. Mən yuxudan durmamış bir şeylərin məndən azalmasını duymuşdum! Atamla məhkəməyə gedəcəkdik. Otağına sarı getdim. Ölmüşdü deyəsən! Eləbil məndən əsgilib azalan bir şey atam imış. Yüngüllüyünü duyurdum! Üstünə mələfə çəkilmiş yuxulu bir kimsənin üzərindən, bir an mələfənin çəkilməsi kimi, bir şeylərin məndən çəkilməsini balaca bir titərətməylə düşünmüşdüm! Bir serçə oturduğu budaqdan qalxanda, budağın titrəməsi kimi titrəmişdim. Sözünü heç kimsəyə deməzdi. Gedəndə də belə heç bir kimsəyə demədi. Bacım qızı Saçlının qırmızı donlu bir metirlik oyuncağı kimi uzanmışdı."Oyun-Oyuncaq çıxartma kişı dur ayağa məhkəmə yubandı" deyirdim. Sankı Atamın batariyasını çıxarmışdılar. Tapsaydım ha o işi görəni! Verərdim Kərim Talver ortadan iki şaqqa elərdi. Saçlı axşamlar oyuncağının batariyasını çıxardıb şarja qoyardı. Yox, saçlının işi ola bilməz. Atamın batariya yerisi yox idi ki hələ yerinidə bilmiş olsun. Yalnız öz uyuncağının yerini bilirdi. Atam oyun-oyuncaq deyildiki. Saçlı oyuncağının batariyasını çıxarardı və oyuncaq sabaha kimi ölərdi. Elə bizdə ölürük! Gecə ölüb səhər dirilirik. Ölürük dirilirik. Bir yarpaq rəqsi kimi. Lirik bir ölüm dirim yaşamında. Atam gecə öldü, amma sabahısı dirilmədi. Çox yalvardım da.

Yoldaşlarıma mesaj atmışdım. Halın eni uzununu dəlicə avaraca yeriyirdim. Batariya axtarmırdım ki. Amma bir şey itirmiş kimi. Gözüm yalnız xalçanı axtarırdı. Bir saat sonra dostlarım gəldilər. Əl-üzlərini yumamış. Qulamın başı həməşəki kimi balışda köndələn qalıb, biz-biz durmuşdu. Nahara yaxın idı. Ev qonaqla dolmuşdu. Kiçik otaqda uzanmış Atamın heç nə karına dəyildi. Arxası üstdə düşən Tusbağa kimi boğulurdum amma qəbir üstündə ağa kimi idim. Yavaşca əl ayağımı havada dəbərdərək; nə çönə bilirdim, nə yeriyə, nə danışa, nə dinə, nə məsəsəbə! Heç nə yə qulluq etmirdim, heç nə yə! Bir Tusbağa fatihəsi idim. Gələn fatihə çöyrür. Məni amma heç nə çöyürmürdü...

Musa yox idi. İki il öncə Atamla çörəkxana qabağında dalaşmışdılar. Eləbil heç birinə bir şey olmamışdı. Atamın biraz gözlüyü əyilmişdi, biraz özlüyü. Atam deyirdi «mən onu böyütmüşəm, indi mənə qoduqlanır», Musa da deyirdi «mən özüm böyümüşəm, qoduq özünsən!». Musa Atamın Xalası nəvəsi idi. Qoca xalasının yalnız bir oğlu varidi oda Arvadiyla Avtomobil qəzasında olmüşdü. Uşaqlığında məhəllədə qurbağa edamını eşidəndə gülməyim gələrdi həməşə. Baqqal Babaxan dan beş dənə ikiyüz girəmlik daş alıb, ipək sapını qurbağanın boynuna bağlayıb, ayaqlarının altından daş sallarmış. Hərdənsə elektrik pirizi əldə edə bilirdisə Amerika edamları sayaq elektrik edam edərmiş. Qurbağanın əllərindən və boynundan lüt elektrik simini dayayarmış. Kərim deyir onda qurbağanın qiyafəsi çox gülməli olub və gözləri kəlləsinə çıxarmış. Amma bu çeşid edamın pis qoxusu olduğu üçün məhəllə uşaqları Musanın bu tür edamila muxalifət edərmişlər. Qurbağalara edam bəyaniyəsi də oxuyurmuş. Qurbağalara yazdığı edam bəyaniyəsində "gecələr quruldayıb yuxuya bais olmağını və qurbağaların çirkin olduqları üçün adamı irgəndirməklərini" də vurğularmış. Həməşə qurbağaların gülməli edamlarını görmək həsrətində qaldım. Kərim deyir çox gülməli olurmuşlar. Sondada məhəllə uşaqları Musanı alqışlarmışlar. Hərdənsə məhəllə uşaqlarını evə apararmış və həməşə ağzı açıq yatan qoca Nənənin başı üstündə oturub burnunun içini barmağila girdələyib qoca Nənənin ağzına atarmış, qoca Nənə də tamsınaraq, uşaqlar pıqqıldaşıb gülüşüb eşiyə qaçarmışlar. Bir dönə də Atam onu bu iş üstə bir həftə anbarda sıçanların yanında, ortadakı taxta dirəyinə bağlamış imış. Musanın Ata-Anası Avtomobil qəzasına uğrayanda Musa iki yaşlı imiş. Renault [7]Avtomobili ilə Tehran yolunda təsadüf etmişdilər, Musa diri qalmışmış amma. Atam deyirdi «Musanı diplom alana kimi mən saxladım», diplom dan sonra daha başına boşlamışdı. Amma Musa da deyirdi «məni allah saxladı».

Son dönə Atamla savaşmaqları Qoca Nənəmin qızılları üstünda idi. Musa anbardakı sandığçanın içində gizlənilən qızılları götürmüşmüş. Musa deyirdi sən onları mənə hədiyə vrmək sözünü vermişdin «kişi tüpürdüyünü yalamaz!» Atam da deyirdi «yalayar iki də artıq!» Son dönə savaşanda Atamın gözlüyü sındı. Gözlüyünü təəmirə verib Atamın gözünə qaytardım. Amma deyirdi: «gözlük önəmli dəyil, özlüyüm sındı» amma day özlüyünün yerini tapa bilmədim. O andan bəri gündə bir yol axşamlar bazara gedib qayıdırdı və yalnız otağına təpilib pencərəsiz damın bucağındakı pıncın tüstü çəkən deşiyindən sıqara püfləyirdi, otaqdan asılmış qoca Nənəmin gülər tablosuna gözünü zilləyib, gözləri dolardı. Neçə gün idi otağın kilid yerindən izləyirdim... Musa Nənəmi dığlatdı öldürdü deyirdi həmişə...Amma nə isə Atam suçlu idı. Onunla baş-başa qoşmamalı idı.

Şikayətləşdilər sonda. Birinin burnu qanamışdı, birinin gözlüyü sınmışdı, bir yandan qızıl üstə dalaşma, bir yandan yaman-yovuz demək. Musa nı maddı cərimə ilə buraxdılar. Atama da il yarım zindan. Zindanindan bir il sovuşmuşdu. Atamın zindanından iki ay qalan Anam öldü. Tələbkarlar dığladıb öldürdü demək. Hər zaman qapımızın önündəki çıraq dirəyinə dayananda Atamı aparan qandalı xatırlayırdım və xiyabanın o əlində dayanmış adamları. Qapımız önündə dik-dik dayanan çıraq dirəyi hər gün on seri bəlkə gözümə girirdi. Mamur aparanda, əlini çıraq dirəyinə ilişdirmişdi Atam.

***

Axşamlar Musa tükanını bağlayarkən, mən də çıraq dirəyinin arxasından güdürdüm. Sayxın bir yerdə ələ keçirmək istəyirdim. Kərim Talver də xiyavanın otayında köhnə Peykan[8]ila mənim işarəmi gözləyirdi. Yaxşı və əlverişli bir fürsətdə tutmaq istəyirdim.

Axşamlar kərimlə Xiyov Çayı[9]nda bir qabçaq içgini üç istəkanda qarnımıza töküb "Əhməd kaya"nı dinlərdik. Son istəkanda, qabçağın altını fəndəklə qızdirib, üstünə çaxmaq çəkərdim. Ot birdən qapardı. Ot, əlimi it kimi də qapmışdı neçə dönə, əlim yanmışdı. Amma yenə hayam yox idi. Qızğin kefli qabçağı yandıranda, qabçağda qapılan alovun içində Musanın qiyafəsini görərdim. Kərim əlimdən zara gəlmişədi. Neçə dönə talverini götürüb gedib başını əzmək istəmişdi. Amma qoca Nənəsinin canına and vermişdim və oturmuşdu.

Atam dünən axşam yenədə yuxuma gəldi. lüt idi. Əriyib arıqlamış gövdəsilə. Darıxdığını deyirdi. Bir yastı daşın üstündə oturmuşdu. «Musanın başını daşın üstünə qoyub, ilan başı kimi əzməyincə, içimdə ki acı volqan yatmaz» dedi.

Atamın qırxı çıxmaqdaydı və mənim bağrım biraz sökülmüş. Uçmuş bir evin kərpici altında süzülən bir qırx ayaq kimi, bir şeylər bağrımda süzülürdü. Beynimin küçələrində bir ayaq addımlayırdı və hər gün bir addım, hər gün bir ayaq, qırx gün sovuşmuşdu, amma darıxmalar sırtıq bir qırx ayaq kimi idı, çıxmırdı könlümdən.
Gülləni Kürdüstandan almışdım. Güllə, Musanın o dünyaya gediş bileti idi. Bərzəxə bir cetin uçuşu.

Gülləyə qısqanırdım! Musanın içindən tapılandan sonra illər boyu "cənayət işlər mərkəzi" dekorunda, naylonda hayat sürməyinə. Darıxdırıcı olmayacaqmı sənə ey güllə? Yazığım gəlir qan gölünə girdiyin zaman, cümcümə də əbədilik dustaqlanmağına. Nə edə bilərəm ki? Nə bilim, bəlkə də beyində torpağın içində ayrışıb, daha tez başqa bir varlıq çərçivəsində hayata dönə biləsən. Torpağın qucağında ayrışıb, dəmirliyin bitgilərə yararlı olub, bir tikanlı roz gülünün bir budağı oldun bəlkədə...

Bu dönə küçənin dönəcəyində musanı xəfləyəcəkdim. Atam bir həftə idi küsmüşdü. Yuxuma gəlseydi də, gəlib yastı daşın üzərində oturub, arxasını çevirib, məni danışdırmazdı. Nə qədər də çağırardım qulaq asmazdı. Çıxarsızlığımı düşünmüşdü bəlkə də. Yaxınlaşa da bilmirdim. Maqinet də olan bir meğnatis güc kimi, mən və Atam arasında bir meydan yaranmışdı. Nə qədərdə güc verirdim, yaxınlaşa bilmirdim. Gecəni sabaha kimi arxası mənə sarı taxta kimi quruyardı. Səhərə yaxın da durub yastı daşın üstündən tüstülü çöllüyə sarı yeriyərdi. Tüstünün içində gözdən itənəcək. Gün bə gün yuxumda arıqlayıb, solğunlaşırdı. Bu həftə işi bitirmək istəyirdim. Həftə başı Musa yoldaşila körpü altına içməyə getdiyində, xəfləməliydim.

Çıraq dirəyinin altında, Musanı güdürdüm. Güllə cebimdə idi və tapança belimdə. İki güllə idi. Biri çaşsaydı o birisini qullanacaqdım. Kərim xiyabanın o birisi əlində sükan arxasında uzanmışdı. Musa yoldaşını gözləyirdi, gəlsin körpü altına getsinlər deyə. Mən Musanı gözləyirdim, tükanından çıxıb körpüyə sarı yola düşsünlər deyə və Kərim də məni, ona işarə edim deyə. Güllələrlə son danışıqlarımı aparırdım. Əlimi cebimə salıb barmaqlarımın ucuyla güllələrin qulağına pıçıldayaraq. Musanın tükanının kirkirəsi aşağı çəkilməklə özümə gəldim. Avtomobilə minib yola düşmüşdülər. Kərimin Peykanına sarı yürüyüb Avtomobilə təpildim. Musa bir xiyaban qabaqlıq bir Suprmarket önündə saxlamışdı və yeyinti alırdı. Eləbil kərimin böyrəklərinin sancısı tutmuşdu. Ağrı kəsici dava alsın deyə, düşüb xiyaban qırağındakı davaxanaya yürüdü. Musa gil getmişdi və Kərim hələ xiyabanın o tayında meyvəşirəsi əlində, Suprmarket dən çıxmaqdaydı. Sükan arxasında oturub, körpüyə sarı sürdu. Mən də körpüyə sarı gedirdim. Günəş dağlar arxasında batmaqda və hava qaranlıqlaşmaqdaydı. Bırazda qaranlıqlaşırdısa maraqlı olardı. İşıqdan acığım gəlir, gecə qaranlıq olsaydı qorxum da tökülərdi. Gözləyirdim Musa gil neçə istəkan içsinlər və Musanın yoldaşı işəmək üçün dərəyə ensin. Güllə ovcumda tərlənmişdi. Daha güllə ilə danışmağa vaxtım yox idi. İkisinidə tapançada yerləşdirdim. Hava tam qaranlıqlaşmışdı və Musanın yoldaşı ceb telfonunun ışığiyla dərəyə sarı enməkdə idi. Yürüdüm. Uzanmışdı. Tapançanı çəkib və barmağımı tətikə süzdüm. Musa ayağa durub ehmalca atama sarı yürüdü. Bir zəncirotu budaqdan buraxılan kimi uçdu. Atam yastı daşın üzərində durmuş, arıq gövdəsilə sümükləri belə dışarı vurmuşdu. Musa Atama sarı yürüməkdə idi, amma Atamın ona gücü çatmayacaqdı, bilirdim. Mən də Atamın yanına getsəydim yaxşı olardı. Anamı da görə bilrədim. Onların yanına getməsəydim yəqin Musa o dünyadada hər ikisinin dərisini soymalıdır. Getməyimi düşünürdüm. Güllənin biri də mənim beynimdə oturmuşdu. Musanı izlədik. Atamla birgə Musanı yastı daşın üzərinə aparaq deyə...

[1] “Kərim” insan adı və “Talver” onun ləqəbi, avtomobil təmirxanalarında olan yarım metirlik dəmir bir arac.
[2] İnsan adı
[3] “Qulam” adlı bir şəxsin ləqəbi
[4] İnsan adı
[5] iran əkşən filimlərinin ulduzlarından
[6] Bir əkşen filim adı
[7] Bir növ Avtomobil
[8] Bir növ Avtomobil
[9] Xiyov şəhərində bir gözəl Park

son

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG