Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:08

Prezident müxalifət qəzetlərinə də yardım edir


İlham Əliyev «Azərbaycan» Nəşriyyatında istifadəyə verilən rəngli ofset çap kompleksi ilə tanış olur
İlham Əliyev «Azərbaycan» Nəşriyyatında istifadəyə verilən rəngli ofset çap kompleksi ilə tanış olur
Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 (beş) milyon manat vəsait ayrılıb.

Bu haqda prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərənacamda deyilir.

Ölkə başçısının digər sərəncamı ilə isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə 1 milyon manat məbləğində vəsait ayrılıb.

Bu vəsait hesabına Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280,0 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilir.

Prezidentin digər sərəncamları ilə isə bir qrup jurnalistə «Əməkdar Jurnalist» və «Tərəqqi» medalı verilib.

MALİYYƏ YARDIMI VERİLƏN QƏZET VƏ İNFORMASİYA AGENTLİKLƏRİNİN SİYAHISI İLƏ BURADA TANIŞ OL

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG