Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:02

Poliklinika var, vaksin yoxdur


Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov isə dedi ki, büdcədən pul ayrılıbsa, vaksin verilməlidir
Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov isə dedi ki, büdcədən pul ayrılıbsa, vaksin verilməlidir
Azərbaycan Xarici İşlər Nazirliyi Meksikadakı epidemiya ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq ünvanlayıb. Xəbərdarlıqda deyilir ki, zərurət yoxdursa, bu ölkəyə səfərlər təxirə salınsın. Bundan başqa epidemiyanın aşkar olunduğu ölkələrə səfər edərkən də ehtiyatlı olmaq tövsiyə olunur.

SƏHİYYƏ NAZİRLİYİ XÜSUSİ POLİKLİNIKA AYIRIB

Bundan başqa nazirlik rəsmi səhifəsində xaricə səfər edənlər və Azərbaycana gələnlərlə bağlı da elan yerləşdirib. Elanda deyilir ki, «epidemiya, pandemiya təhlükəsindən qorunmaq məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının və xaricdən Azərbaycana gələn şəxslərin peyvənd, vaksinasiya və müayinədən keçməsi tövsiyə olunur». Bunun üçün Səhiyyə Nazirliyi xüsusi poliklinika ayırıb.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyir ki, bu elanı yerləşdirmək dünyada H1N1 virusunun geniş yayılmasıyla bağlıdır. O deyir ki, bu xəstəliyə qarşı vaksin olmasa da, qarşısını almağa çalışmaq lazımdır:

«Yayılan epidemiya Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib. Azərbaycanda bu günə qədər bunun heç bir izləri olmadığına görə indidən həm Azərbaycan vətəndaşlarını, həm də bura gələnləri məlumatlandırırıq ki, onlar qabaqlayıcı və lazımı tədbirlər görsünlər. Ən azı digər lazım olan vaksinləri etsələr bu və başqa xəstəliklərə yoluxma ehtimalları azalar. Bunu etsələr, müxtəlif təhlükələrə orqanizm hazır ola bilər».

Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımovsa deyir ki, həmin poliklinika ümumiyyətlə epidemiyalara qarşı peyvənd olunmaq üçün ayrılıb:
«Elə ölkələr var ki, hansısa xəstəliyə görə endemikdir. Ona görə belə bir poliklinika ayrılıb, orada da lazım olan bütün peyvəndləri almaq olar. Bütün yoluxucu xəstəliklərdən. Məsələn, Afrikaya gedəndə sarı qızdırmaya görə, Həccə gedəndə miningitə qarşı və sair».

YERLİ VƏTƏNDAŞLAR MÜRACİƏT ELƏMİR

Səhiyyə Nazirliyinin Cavadxan küçəsi 22 ünvanda yerləşən 20 saylı poliklinikasına isə tək-tük müraciət edən olur. Ayda 1-2 nəfər. Bunu poliklinikanın peyvənd şöbəsinin həkimi Arzu Seyidli deyir. Həkim bildirir ki, əcnəbilərin peyvənd kitabçaları olduğu üçün adətən onlar müraciət etmirlər:

«Yerli vətəndaşlar da çox az müraciət edir, demək olar ki, eləmirlər. Bu xüsusilə isti ölkələrə gedənlərə vacibdir. Daha çox Afrika ölkələrinə. Sarı qızdırma, stalbinik, ensafalit, miningitə qarşı edirik, xüsusilə Həccə gedənlərə vacibdir».

Həkim deyir ki, Səhiyyə Nazirliyi büdcədən pul ayırsa da, poliklinikada vaksin yoxdur:

«Bizdə bu dəqiqə bir vaksin də yoxdur. Nazirlik hələ verməyib, ödənişsizdir, ancaq yoxdur. Pul ayrılıb, ancaq vaksin vermirlər. Lazım olan adamlar özləri alır, mən vururam. Həm də vaksini gətirmək də, saxlamaq da çətindir, gəlsə də burda xarab olacaq. Xəstəyə də başa sala bilmirəm ki, yoxdur».

Həkim ümid edir ki, yaxın vaxtlarda vaksinlər veriləcək.

Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov isə dedi ki, büdcədən pul ayrılıbsa, vaksin verilməlidir. Niyə verilməməsini isə iyunun 18-də araşdıracağını bildirdi.
XS
SM
MD
LG