Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:50

Şimali İrlandiyanın məşqçisi: Azərbaycanı dayandırmalıyıq


Michael O Neill
Michael O Neill

Şimali İrlandiyannın məşqçisi: Azərbaycanı dayandırmalıyıq

Azərbaycanın futbol millisi noyabrın 11-də Belfastda Şimali İrlandiyaya qarşı növbəti oyununa çıxır.

C qrupunda 7 xalla ikinci olan Azərbaycanla Şimali İrlandiya arasında 3 xal fərqi var.

Şimali İrlandiyanın baş məşqçisi Maykl O'Nil görüşün keçiriləcəyi “Windsor Park” stadionunda oyunqabağı mətbuat konfransı keçirib.

Baş məşqçi deyib ki, komandası meydana qələbə əzmi ilə çıxacaq, onun aydın planı var və komandasının qrupda Azərbaycandan 6 xal geri düşməsini istəmir:

"Buna görə də onları dayandırmalıyıq. Azərbaycan millisi ilə evdə keçirdiyimiz son oyunda heç-heçə etmişdik. Onda nəticə bizi məyus eləmişdi və belə bir şey indiki seçmə mərhələdə də baş versə, bu bizi daha çox məyus edərdi”, deyə o bildirib.

Maykl O Nil qeyd edib ki, Azərbaycan Almaniya, İngiltərə və Belçika ilə yanaşı hazırkı qrup mərhələsində məğlub olmamış 4 komandadan biridir və "onların mübarizəyə belə başlaması bizim özümüzün Avropa Çempionatına getdiyimiz yola bənzəyir."

Maykl O Nil bildirib ki, indiyədək keçirilən oyunlar Şimali İrlandiya, Azərbaycan, Çexiya və Norveç arasında çox az fərq olduğunu göstərir və Azərbaycan millisinin hazırlıq vəziyyəti onlar üçün sürprizdir.

Baş məşqçi Azərbaycan yığmasını dünya çempionatına gedən yolda komandası üçün ciddi təhlükə saydığını deyib.

Amma bildirib ki, hələ ki, qarşıda 6 oyun var və Çexiya, Almaniya və Azərbaycandan sonra 7 xal qazanmaq mübarizədə onlar üçün yaxşı dönüş olardı.

Qeyd edək ki, hazırda C qrupuna 9 xalla Almaniya millisi başçılıq edir.

Azərbaycan 7 xalla ikinci, Şimali İrlandiya 4 xalla 3-cü,Norveç 3 xalla dördüncü, Çexiya 2 xalla beşinci, San Marino isə 0 xalla sonuncudur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG