Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:43

İraqda kürdlər 'İŞİD'lə necə döyüşür?


Peşmərgə İraqın Mosul şəhərində
Peşmərgə İraqın Mosul şəhərində

Kürd hərbi birləşmələri (peşmərgə) İraqın Mosul şəhərini azad etmək uğrunda döyüşlər aparır. Bu şəhər 2014-cü ildən “İslam Dövləti” yaraqlıları tərəfindən ələ keçililib.

İki il sonra Mosul ətrafında nələr baş verir? currenttime.tv-nın əməkdaşı reportajı bu barədədir.

PEŞMƏRGƏ VƏ AMERİKALI MÜŞAVİRLƏR

Dan yeri sökülür. Peşmərgə döyüşçüləri Mosul ətrafındakı məntəqə uğrunda döyüşə hazırlaşır. Bu döyüş bir neçə saat sonra başlayacaq. Amma yerüstü əməliyyatın başlanmasından əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin bombardmançı təyyarələri havaya qalxır. Onlar İŞİD mövqelərinə bomba zərbələri endirirlər. Və yalnız bundan sonra peşmərgə döyüşçüləri qarşı mövqelərə tərəf hərəkətə keçir.

Buna da bax: Şah İsmayıla qələbə qazandıran hərbi bicliyi

Bu missiyanın məqsədi – Mosul ətrafında yerləşən bir neçə kəndi azad etmək və “İslam xəlifəti” adlanan qurumun ürəyinə zərbə endirməkdir.

Buna da bax: İrana əzablı yollarla...

Peşmərgə döyüşçüləri arasında amerikalı hərbi müşavirləri də görmək olar. Amma onlar bu döyüşdə özlərinin rolu barədə heç kimlə danışmırlar.

PEŞMƏRGƏNİN A KOMANDASI – XÜSUSİ TƏYİNATLILAR

Əməliyyat başlayır. Amma döyüşçülərin irəliləməsi dayanır. Səbəbsiz deyil. Burada altından lağım atılmış, bir müddətdir tərk edilmiş evlərdə İŞİD döyüşçüləri gizləniblər deyə kürd döyüşçülərinin irəliyə doğru getməsi çətinləşir.

Peşmərgələr
Peşmərgələr

Ancaq çıxış yolu tapılır: peşmərgələrin xüsusi təyinatlı dəstəsi “A komandası” hərəkətə keçir. Onlar bu binalarda gizlənən döyüşçülərə qarşı əməliyyata başlayır. İŞİD yaraqlıları qızğın şəkildə müdafiə olunurlar.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

Müşayiətçi müxbirlərə irəliyə getmək qadağan olunur. Currentime.tv-nin əməkdaşı yazır ki, təkcə həmin gün onların yerləşdiyi yerin yaxınlığında kürd xüsusi təyinatlılarının iki nəfəri həlak olub, daha altısı yaralanıb. Kürd xüsusi təyinatlılarının komandiri deyir ki, əvvəllər onun dəstəsi reportyorların döyüşlərdə iştirakına heç vaxt icazə verməzdi.

ƏMƏLİYYAT SONRASI BULDOZERLƏR HƏRƏKƏTƏ KEÇİR

Kiçik fasilədən sonra döyüşə tanklar atılır. Bir qədər sonra İŞİD yaraqlıları məhv edilir. Yaraqlılar arasındakı itkilərin sayı onlarla ölçülür.

Buna da bax: Rüstəm İbrahimbəyov referendumdan yazdı: «Monqol-tatar...»

Əməliyyat buldozerlərlə başa çatır: binanı özülünə qədər düzləyirlər. Bu onun üçündür ki, orada bir daha düşmən gizlənə bilməsin.

“Bu gün biz 200 kvadrat kilometr radiusda 10 kənd azad etdik. İndi biz Mosuldan təxminən 18 kilometr məsafədəyik” – peşmərgələrin komandiri belə deyir. Hələlik kəndin yenidən qurulub ya qurulmayacağı və keçmiş sakinlərin evlərinə qayıdıb-qayıtmayacağı tam bəlli deyil.

Buna da bax: Sələfilər kimdir və adamlar niyə onlara qoşulmaq istəyir?

PEŞMƏRGƏLƏR KOMANDİRLƏRİ DİNLƏMƏDƏN DÖYÜŞÜRLƏR

Bu gün İraqda kürd silahlılarının kifayət qədər silahı var, amma əvvəllər təchizatla bağlı problemlərinin olduğunu deyirlər. Ancaq çatışmazlıqlar yenə də var. Hərbçilərin dediyinə görə, çatışmayan cəhət hücuma başlayan zaman koordinasiyanın zəif olmasıdır. Peşmərgə döyüşçüləri tez-tez komandirlərin əmrlərini qulaqardına vuraraq fərdi hərəkətlər edirlər. Onlar arasında itkilərin sayının çox olması, böyük ehtimalla, bununla izah olunur.

Buna da bax: Kürd peşmərgələri İŞİD ilə döyüşürlər [video]

Kürd döyüşçülərin İŞİD yaraqlıları ilə atışması
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG