Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:18

Bağdad və Bəsrədə Türkiyə bayraqları yandırılıb


İraqda minlərlə insan Ankaranın ölkənin şimal şəhəri olam Mosul yaxınlığında qoşun yerləşdirməsinə qarşı etirazlara qoşulub.

Reuters agentliyi xəbər verir ki, İraqda minlərlə insan Ankaranın ölkənin şimal şəhəri olam Mosul yaxınlığında qoşun yerləşdirməsinə qarşı etirazlara qoşulub.

İraqın şimalında Türkiyə tərəfindən 150 hərbçinin yerləşdirilməsi bu ayın əvvəlindən Bağdad və Ankara arasında münasibətləri tarıma çəklib.

Bağdad Türkiyə qoşunlarının ölkə ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Ankara bu tələbə etiraz edərək bildirib ki, Türkiyənin əsgəri qüvvəsi İraq ərazisində beynəlxalq missiya çərçivəsində yerləşdirilib və bundan məqsəd İslam Dövləti adlı təşkilata qarşı döyüşən İraq qüvvələrinin təlimləndirilməsidir.

Bağdaddakı Təhrir meydanında, habelə Bəsrə şəhərində keçirilən etiraz aksiyalarında şiə silahlı birləşmələrinin üzvləri də daxil, minlərlə insan “Türkiyəyə ölüm, Erdoğana ölüm” şüarları səsləndirib.

İraqda qüdrətli hərbiləşdirilmiş Bədr təşkilatının lideri, şiə millət vəkili Hadi al-Amiri deyib ki, ölkə ərazisinə istənilən bu sayaq müdaxilə təcavüz kimi qiymətləndirilməlidir.

Erdoğana “tapança çəkiblər”

Şiə silahlı birləşmələrinin təşəbbüsü ilə keçirilən etiraz mitinqlərində Türkiyə qoşunlarına, İraq ərazisini tərk etmədikləri təqdirdə, hücum ediləcəyi vurğulanıb.

Bədr təşkilatının yerli komandirlərindən Amjad Salim Bəsrədə keçirilən mitinqdə əlindəki tapançanı Erdoğanın portretinə sıxaraq deyib ki, “biz indi türk əsgərinin ayaqları altında od qalamaq üçün komandanın əmrini gözləyirik”.

Bədr təşkilatının lideri, şiə millət vəkili Hadi al-Amiri
Bədr təşkilatının lideri, şiə millət vəkili Hadi al-Amiri

Reuters agentliyinin müxbirləri bildirirlər ki, Bağdadda keçirilən mitinqdə etirazçılar Türkiyənin dövlət bayrağını tapdalamış və yandırmış, Erdoğanın portretlərinə “ənənəvi ərəb təhqiri” olaraq ayaqqabılarını çırpmışlar.

“Əgər Türkiyə İraqın başının Daeşlə döyüşə qarışdığını görərək qoşun göndərmək fürsətində bulunursa, onda belə bir səhvə yol verərkən yaxşı-yaxşı düşünməlidir” – deyib İran tərəfindən dəstəklənən Əsaib əhl-əl-Həqq qruplaşmasının yerli komandiri Abu Muntathar al-Moussawi.

O deyib ki, yaxın günlərdə türk əsgərlərini hədəfləməyə başlayacaqlar.

Böyük ayətulla, Vaşinqton və Moskva da narazıdır

Türkiyənin İraqın şimalındakı kürd mustariyyəti və sünni ərəb qüvvələri ilə əlaqələri, ölkənin cənubundakı şiə birləşmlərini xüsusilə qəzəbləndirib.

İraqın dini liderləri Kərbəlada keçirilən ibadət əsnasında Türkiyəni lənətləyiblər. Böyük ayətullah Ali al-Sistani deyib ki, Türkiyə terrora qarşı mübarizə bəhanəsi ilə başqa ölkənin ərazisində qoşun yerləşdirməməli idi.

Bu arada ABŞ-ın Təhlükəsizlijk Şurasındakı nümayəndəsi Samantha Power deyib ki, Türkiyənin İraqa qoşun göndərməsi Bağdad hökumətini hiddətləndirib və belə addımlar yalnız İraqın razılığı əsasında atıla bilər.

Rusiya təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulmasının ardınca, Moskva da Türkiyə qoşunlarının İraqa yeridilməsini “qanunsuz müdaxilə” adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG