Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Mosul əməliyyatı başladı


İraq ordusu Mosula hücüma hazırlaşır 12 oktyabr 2016

İraq ordusu Mosula hücüma hazırlaşır 12 oktyabr 2016

2014-cü ildən “İslam Dövləti” qruplaşmasının (İŞİD) nəzarətində olan İraqın Mosul şəhərinə hərbi əməliyyatlar başlayıb.

Quru əməliyyatından əvvəl ABŞ və Fransa təyyarələri Mosulun şərqindəki İŞİD hədəflərinə zərbələr endirib.Hərbi qayaqların məlumatına görə, Mosul ətrafındakı əməliyyatlardan sonra daha geniş əməliyyatlara başlanılacaq.

ABŞ prezidenti Barack Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisi Brett McGurk isə Twitter hesabında yazıb ki, Mosul əməliyyatını İraqın baş naziri Haydar el-Abadi elan edəcək: “Bundan əvvəlki bütün açıqlamalar tezdir”.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayından “İslam Dövləti” qruplaşmasının (İŞİD) əlindədir.

İraq ordusunun başçılığı ilə ABŞ və koalisya qüvvlərinin dəstək verdiyi şəhəri xilasetmə əməliyyatında kürd peşmergə və şiə qrupların da iştirak edəcəyi bildirilir.

Mosul əməliyyatının bu günə qədər İŞİD-ə qarşı ən böyük müharibə olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG