Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

İraq qoşunları Mosulun 20 km-nə çatıblar. Hökumət qoşunları özünü İslam Dövləti adlandıran yaraqlıların əlində olan və daha çox Qaraqoş kimi tanınan şəhərin mərkəzinə giriblər.

Yerli rəsmilərin məlumatına görə, artıq orda İraq bayrağı dalğalanır.

Ölkənin ikinci böyük şəhəri Mosul və ətrafı 2014-cü ildən İD qrupunun əlindədir.

İraq qüvvələri oktyabrın 17-dən Mosulun azadlığı üçün quru və havadan hərbi əməliyyatlara başlayıblar.

ABŞ-ın müdafiə naziri Ash Carter Mosul əməliyyatını müzakirə etmək üçün İraqa gəlib.

XS
SM
MD
LG